Ceyhun Mirzəyev: Nə qədər lazımdırsa, burada gözləyəcəyik

post-img

“Dördüncü gündür ki, gözləyirik. Müəyyən problemlər səbəbindən biz gətirdiyimiz 40 ton unu Qarabağ iqtisadi zonasında olan erməni əsilli sakinlərə təhvil verə bilməmişik”. 

Bunu açıqlamasında Azərbaycan Qı­zıl Aypara Cəmiyyətinin baş katibi Cey­hun Mirzəyev deyib.

“Amma bu istiqamətdə israrlıyıq. Nə qədər lazımdırsa, burada gözləyəcəyik. Məqsədimiz, məramımız bəllidir. Gətirdi­yimiz 40 ton unu Qarabağ iqtisadi zona­sında yaşayan erməni sakinlərə çatdıra­cağıq. Çatdırmasaq, əlbəttə, bu ərazidən getməyəcəyik. Bu gün danışıqlar aparıl­dı, amma gördüyünüz kimi, nəticə yox­dur”, - deyə o bildirib.

Qeyd edək ki, avqustun 29-da Azər­baycan Qızıl Aypara Cəmiyyəti tərəfin­dən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Ərzaq dolu yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin ko­mandanlığına müraciət olunub.

XQ

Siyasət