Vaşinqtondan Bakıya növbəti ədalətsizlik

post-img

ABŞ Dövlət Departamentinin son bəyanatından naftalin qoxusu gəlir 

Əslində, biz Ağ evin Ermənistan–Azərbaycan münaqişəsinə münasibətində hansısa yeni təmayülə şahidlik etməmişik. Son 30 ildə ABŞ bu qarşıdurmaya necə yanaşıbsa, indi də həmin siyasətini davam etdirir. Yəni, özünü “demokratiyanın beşiyi” sayan ölkə həmişə ermənipərəst mövqeyə söykənən ikili standartdan çıxış edir. Bunun bir çox səbəbləri arasında əsas kart kimi ABŞ-dakı erməni lobbisinin, pulla satın alınmış konqresmenlərin bu dövlətin obyektiv mövqe ortaya qoymasına imkan verməməsidir. 

Ermənilərin kompakt yaşadı­ğı Kaliforniyadakı elektoratın siyasi amil kimi müəyyən təsir gücünə ma­lik olduğunu unutmamalıyıq. Üstəlik, Birləşmiş Ştatlarda geniş maliyyə resursları üzərində qurulmuş erməni təbliğat maşını fəaliyyət göstərir. Əl­bəttə ki, bütün bu şəbəkə Dövlət De­partamentinin xarici siyasət kursuna, Senatda qəbul olunan qərarlara təsir göstərmək iqtidarındadır. 

ABŞ-ın Cənubi Qafqazda cərəyan edən proseslərə, xüsusilə Azərbay­canın həqiqətləri ilə bağlı bir sıra hal­larda nümayiş etdirdiyi qeyri-adekvat mövqe, münaqişə tərəfləri kimi Bakı ilə İrəvana eyni gözlə baxması, şü­bhəsiz ki, Azərbaycan ictimaiyyətini qətiyyən qane etmir. Bu mənada iş­ğalçı ilə işğala məruz qalanın tərə­zinin eyni gözünə qoyulmasından, münaqişənin həllinə ədalətsiz yanaş­madan yaranan narazılıq tamamilə əsaslıdır.

Söhbət hansı blokadadan gedir?

ABŞ Dövlət Departamenti Bakıya yazılı bəyanat-müraciət ünvanlayıb. Dövlət Departamentinin sözçüsü Met­yu Miller Bakıya ünvanladıqları bəya­natla bağlı şərhində bunları vurğulayıb: “Dağlıq Qarabağda (?) əhalinin layiqli həyat səviyyəsini təmin etmək üçün zəruri ərzaq, dərman və digər malların tədarükünün davamlı olaraq dayandı­rılması nəticəsində yaranan “humani­tar vəziyyət”in pisləşməsindən dərin narahatlıq var. “Biz humanitar, kom­mersiya və sərnişin daşımaları üçün Laçın dəhlizinin dərhal açılmasına ça­ğırışımızı təkrar edirik”. 

Azərbaycan XİN Dövlət Departa­mentinin müraciətində öz əksini tapmış mülahizələrə siyasi cəhətdən kifayət qədər arqumentli və məntiqli cavab ve­rib. XİN-in cavabında yer alan çağırı­şın hər bir bəndi üzrə dəqiq və konkret izahda bu gün Qarabağda mövcud du­rumun hansı səbəblərə görə və kimin təqsiri üzündən əmələ gəldiyi faktlarla ortaya qoyulub. 

Metyu Miller daha sonra açıqla­masında bildirib ki, “Bakı rəsmiləri və Xankəndi nümayəndələri dərhal görü­şüb Dağlıq Qarabağ (?) sakinlərinə hu­manitar yardımın çatdırılması ilə bağlı razılığa gəlməlidirlər”. 

Məsələyə münasibətini bildirən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyir ki, öz əra­zimizdə blokadadan danışmaq yersiz və gülüncdür: “Bu, kökündən yanlış və cəfəng bir ifadədir. Azərbaycan Xarici İşlər Nazirliyi haqlı olaraq blo­kada iddiasını rədd edib. O ki qaldı, Bakı-Xankəndi dialoqu məsələsinə Azərbaycan buna hər zaman hazır olduğunu bildirib və Qarabağdakı er­məni icmasına bu məqsədlə dəfələrlə çağırış edib. Buyurub gəlsinlər, otu­tub müzakirə edək, narazılıq doğuran məsələlərin həllinə birgə nail olaq. Amma bunun əvəzinə hay-küy qaldıra­raq sərhəd qapımızı taybatay açmağı­mızı və bundan çirkin məqsədləri üçün istifadəyə davam etməyi arzulayırlar. Belə iddia və çağırışları özlərinə sax­lasınlar. Azərbaycan bu cür təxribatçı fəaliyyətin qarşısından heç vaxt geri çəkilməyəcək, beynəlxalq qanunveri­cilik çərçivəsində bildiyi kimi hərəkət edəcək”. 

R.Musabəyov ABŞ-ın ikili standartlı yanaşmasının Azərbaycan üçün yeni­lik olmadığına diqqəti yönəldərək dedi: “Təəssüf olsun ki, ikili standartlar həm Avropa İttifaqına daxil olan dövlətlər, həm də Vaşinqton tərəfindən tətbiq olunur. Biz buna qətiyyən təəccüblən­məməliyik. Bəli, ermənilərin orada güc­lü lobbisi var. Bu qüvvələr gizlətmədən xristian həmrəyliyi nümayiş etdirirlər”. 

Humanitar böhranı kim yaradıb? 

Azərbaycan XİN-in ABŞ Dövlət Departamentinin bölgədəki vəziyyət­lə bağlı bəyanatına verilən açıqla­masında qeyd olunur ki, Azərbaycan tərəfinin erməni əsilli sakinlərin tələ­batının ödənilməsi ilə bağlı təklifləri, o cümlədən Ağdam-Xankəndi yolundan istifadə ilə paralel olaraq, Laçın yo­lundan hərəkətin intensivləşməsi təkli­fini irəli sürməsinin, eləcə də gündəlik əsasda onlarca erməni sakinin Laçın sərhəd-buraxılış məntəqəsindən hər iki istiqamətdə keçməsi fonunda bölgə­də “blokada” olması iddiaları əsassız və qəbuledilməzdir. İrəvanın və qon­darma rejimin qeyri-qanuni şərtlər və bəhanələrlə razılaşmadan boyun qa­çırmasını ABŞ Dövlət Departamentinin nəzərinə çatdırılan Azərbaycan XİN-in açıqlamasında xüsusi qeyd olunur ki, erməni sakinlərin bəzi nümayəndələ­rinin Azərbaycan ərazilərində yerləşən Rusiya sülhməramlı kontingenti va­sitəsilə Azərbaycan Qızıl Aypara Cə­miyyəti tərəfindən Ağdam-Xankəndi istiqamətinə göndərilmiş və hazırda Xankəndinə keçidi gözləyən yük ma­şınlarına mane olmaq istiqamətində səyləri və yolu bağlaması şəraitində bölgədə “gərgin humanitar vəziyyət” mövcudluğu iddialarını əsassız edir. 

Bakının dialoq çağırışlarına cavab verməyən Xankəndidəki xunta rejiminə humanitar vəziyyətin daim gərgin qal­ması üçün göndərilən yardımdan da imtina etmək sərf eləyir. Çünki toxluq və sabitlik Qarabağın erməni sakinlə­rini reinteqrasiyaya həvəsləndirə bilər. Bu isə “dqr”-ın yenilənməyə hazırlaşan separatçı-daşnak başçıları ilə bərabər Rusiya sülhməramlıları üçün də heç arzuolunan sonluq deyil. 

Politoloq Fikrət Sadıxov hesab edir ki, Avropanın aparıcı dövlətləri tərəfindən aparılan ikili yanaşma si­yasəti ədalətsiz, qeyri-obyektiv bəya­natlar, təbii ki, nə faktlara, nə də real­lığa əsaslanır: “Okeanın o üzündəkilər də yaxşı başa düşürlər ki, Azərbaycan Qarabağda etnik ermənilər üçün heç bir problem yaratmır. Hətta, onlar üçün Ağdam-Xankəndi yeni yolu açmışıq ki, humanitar yardımlar daşınsın. Eyni zamanda, ermənilər Laçın yolu ilə tam sərbəst şəkildə hər iki istiqamətdə hərəkət edirlər. Sadəcə olaraq ermə­nipərəst dairələr, qüvvələr ABŞ, Fran­sa kimi aparıcı dövlətlərdə o qədər bö­yük və güclüdür ki, hökumətlər onların təzyiqlərinə tab gətirə bilmirlər. Yəni təzyiq altına düşürlər. Birləşmiş Ştatlar kimi bir supergücün xarici diplomati­ya idarəsinin əsl həqiqəti bilmədiyinə inanmıram. Buna şübhə də eləmirəm”.

F.Sadıxov Azərbaycanın heç bir kənar təzyiqlərdən çəkinməyəcəyini, özünün prinsipial və qəti mövqeyini bundan sonra da davam etdirəcəyinə əminliyini bildirdi. 

Bakı sülhə sadiq, reinteqrasiyada israrlıdır 

“Azərbaycan Respublikası dövlət­lərin suverenliyinə və ərazi bütövlü­yünə hörmət əsasında bölgədə sülh, təhlükəsizlik və sabitliyin bərqərar ol­masında, erməni sakinlərin ölkəmizin qanunvericiliyi çərçivəsində reinteqra­siyasında qərarlıdır”. 

XİN-in Ağ evə cavab-açıqlamasın­da birmənalı şəkildə bildirilir ki, rəsmi Bakı Qarabağda yaşayan erməni sa­kinlərini dəfələrlə dialoqa dəvət etsə də, bu istiqamətdə görüşlərin təşkili ilə bağlı razılıq da əldə olunmamış­dır. İrəvanın Xankəndidəki qondarma rejimi vasitəsilə qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürərək gö­rüşdən boyun qaçırması ABŞ tərəfinə yaxşı məlumdur. 

Əslində, Azərbaycan tərəfinin sülh, dialoq istiqamətində təkliflərinin Ermə­nistan tərəfindən davamlı olaraq rədd edilməsi vəziyyətin heç də humanitar deyil, əksinə, siyasi xarakter daşıdığını nümayiş etdirir.

“Sülh danışıqlarının ABŞ və Qərb­dəki vasitəçiləri tərəflər arasında qar­şılıqlı ərazi bütövlüyünün tanınmasını əsas götürərək, prosesin irəliləməsini bildirirlər. Yəni uğurları kimi təqdim edirlər. Amma Ermənistan rəhbərliyi “Qarabağ və anklavlar Azərbaycandır” bəyanatına hələ dəstək verməyib. Fak­tiki onlar Paşinyanı da çətin vəziyyətə salblar”. Bu sözlərin müəllifi, ABŞ-ın son bəyanatından naftalin qoxusunun gəldiyini söyləyən Cənubi Qafqaz Tə­dqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Vaşinqtonun sülhyaratma vasitəçiliyinin belə yanaşma ilə davam edəcəyinə inanmadığını da dilə gə­tirdi: “Azərbaycanı təzyiq obyekti kimi seçməsi ABŞ üçün uğurlu siyasi qərar deyil. Son üç ilin təcrübəsi göstərib ki, belə diplomatik basqıların heç bir təsiri olmayacaq. Çünki Bakı addım­larını beynəlxalq hüquqa əsaslanaraq atır. Bəli, beynəlxalq sosial şəbəkələr­də Azərbaycana qarşı tənqidi fikirlər yazılır, elektron mediada səsləndiri­lir. Amma yenə də beynəlxalq hüquq müstəvisinə gələndə, ölkəmiziə qarşı hansısa təxribatçı addımı atmaq müm­kün olmur. Axı Bakı siyasi gedişlərində ilk növbədə hüquqa əsaslanır. Diplo­matiya ilə hüququn fərqi ondan ibarət­dir ki, siyasətdə ən müxtəlif rəylər, fi­kirlər səsləndirilə bilər, hüquqda dəqiq çərçivələr müəyyən edilib ki, onlardan kənara çıxmaq mümkün deyil. Belə ya­naşmada ABŞ-ın yeritdiyi siyasət ardı­cıl və məntiqi görünmür”. 

Xuntanın əsirinə çevrilənlərin aqibəti 

Bəli, Azərbaycanla təmaslarda Ağ ev rəsmiləri özlərini elə aparırlar ki, guya, bu ölkədəki anti-Azərbaycan mövqeli çıxışlar, yanaşmalar yalnız ayrı-ayrı konqresmenlərin lobbiçilik fəaliyyəti ilə bağlıdır. İntəhası, istər ABŞ Dövlət Departamenti, istərsə də bu ölkənin beynəlxalq təşkilatlardakı nümayəndələri, dövlətin qeyri-rəsmi ruporu kimi tanınan media qurumları mütəmadi şəkildə Azərbaycana qarşı qərəzli və ikiüzlü mövqedən çıxış edir­lər.

Biz Vaşinqtonun ərazi bütövlüyü məsələsində Gürcüstana, Ukraynaya verdiyi dəstəyi heç vaxt Azərbaycana münasibətdə görmədik və eşitmədik. Onu da xatlırladaq ki, ABŞ-ın Azərbay­canda, sonra Gürcüstanda səfiri olmuş Ross Uilson on beş il əvvəl açıq şəkil­də Rusiyadan qoşunlarını Gürcüstan ərazisindən çıxarmasını tələb edirdi. Amma, eyni zamanda, Krım, Abxaziya, Cənubi Osetiya separatçılarına sanksi­yalar tətbiq edən Ağ ev o biri tərəfdən Bako Saakyan, Arkadi Qukasyan kimi daşnak-quldurbaşılara İrəvandakı sə­firliyi vasitəsilə Birləşmiş Ştatlara səfər­lər etmələri üçün vizalar təqdim edirdi. 

ABŞ hərdən ərazi bütövlüyü məsələsini gündəmə gətirsə də, ank­lavlarla bağlı hələ də Ermənistana xəbərdarlıq etməyib, Naxçıvanın blo­kadası məsələsini nəzərə almayıb. Məgər bu yanaşmanın özü ikili stan­dart nümunəsi deyilmi?

Sonda ABŞ Dövlət Departamenti­nin sözçüsü M.Millerin dediyi “humani­tar yardım heç vaxt siyasi fikir ayrılıq­larının girovuna çevrilməməlidir” fikrinə qayıdaraq qeyd etməyi zəruri sayırıq ki, girova çevrilən ərzaq məhsulu deyil, Qarabağın erməni sakinləridir. Onlar Xankəndidəki separatçı-xunta rejimi­nin əsirliyində yaşayırlar. Hər şeydən göründüyü kimi, deyəsən, onları bu əsirlikdən də Bakı azad edəcək.

İmran BƏDİRXANLI, XQ







Siyasət