Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Sverdlovsk vilayətindəki fəalları Yekaterinburqda keçirilən “Uşaqlığın ritmində” – III Beynəlxalq Rəqs Festivalında çıxış ediblər.
RAGB nümayəndələri “Dastan” Qafqaz rəqs qrupu ilə birlikdə Azərbaycan rəqs nümunələrini nümayiş etdiriblər.
Festival müxtəlif mədəniyyətləri təmsil edən iştirakçıları bir araya gətirib və milli ənənələrin rəqs sənəti vasitəsilə təqdimatı platforması rolunu oynayıb. Soydaşlarımız “Sverdlovsk vilayətinin ən kütləvi sərbəst rəqsi” müsabiqəsinə də qoşulublar.
XQ

