17-22 may tarixlərində Bakı şəhərində keçiriləcək WUF13 tədbiri dövründə Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
“Bakı Metropoliteni” QSC-dən XQ-yə verilən məlumata görə, forumun Əməliyyat Şirkəti və aidiyyəti qurumlarla mərkəzləşdirilmiş platformada birgə fəaliyyət təmin olunacaq.
Bildirilib ki, bir sıra stansiyalarda sərnişin axınını idarə etmək üçün əlavə işçi qüvvəsi və könüllülər cəlb olunacaq, xəttə buraxılmağa hazır ehtiyat qatarlar saxlanılacaq.
Forum günlərində qatarların hərəkət qrafikinə xüsusi düzəlişlər edilərək, pik saatlarda intervallar minimum səviyyəyə endiriləcək.

