Erməni siyasi riyakarlığı – indiki baş nazir sabiq baş nazir qiyafəsində

post-img

Azərbaycan cəmiyyəti Cənubi Qafqazda vəziyyətin normallaşması, Ermənistanla sülh müqaviləsinin imzalanması mövzusunda söhbət düşərkən, istənilən an özünü göstərə biləcək erməni məkri və hiyləsini nəzərə alır. Cəmiyyətimiz 44 günlük müharibədən sonra baş nazir Nikol Paşinyan administrasiyasının sülh gündəliyini pozmaq potensialı üzərində dayanır. Ən əsası isə insanlarımızda İrəvanın Bakı ilə danışıqları vaxt udmaq və güclənmək üçün manipulyasiya alətinə çevirdiyi qənaəti var. 

Vaxt udmaqdan söz düşmüşkən, 2018-ci ildə N.Paşinyan hakimiyyətə gələndə ölkəmizin rəhbərliyinə o za­manadək donmuş vəziyyətdə olan Azərbaycan–Ermənistan danışıqlarının davamını vəd etmiş, müəyyən pozitiv mesajlar verərək, elə fon yaratmışdı ki, sanki konstruktiv davranmağa hazırdır. Buna inanmışdıq. Çünki Nikol hələ seç­ki kampaniyası zamanı özündən öncəki iqtidarı sərt tənqidə məruz qoyarkən, Qarabağın Ermənistana böyük yük oldu­ğunu və ölkənin inkişafına ciddi maneçi­lik törətdiyini vurğulamışdı. Eynilə birinci prezident Levon Ter-Petrosyan kimi... 

...Həmin vaxt Paşinyanın bu sayaq fikirləri cəmiyyətdə böyük populyarlıq qa­zanmışdı. Hər halda, Qarabağ mövzusu erməni cəmiyyəti üçün “qırmızı xətt” ol­saydı, çox güman, Nikola etimad göstə­rilməzdi. Yəni, Petrosyanın postundan istefa verməsi reallığını doğurmuş baxış Paşinyanı hakimiyyətə gətirmişdi. Bəli, Nikola etimad göstərildi və o, Bakıya sülh gündəliyinə dair pozitiv ismarıclarını məhz xalqın mandatına arxalanaraq ün­vanladı. Lakin müəyyən vaxt udub kres­loda möhkəmləndikdən sonra “Qarabağ Ermənistandır, nöqtə” bəyanatını səs­ləndirdi. Cıdır düzündə “Yallı” getməsi, Şuşada şərab içib sərxoş olması da öz yerində. 

Çox uzağa getməyək, Paşinyan ma­yın 14-də Azərbaycanın ərazi bütövlüyü ilə razılaşır və sonra Avropa Şurasının Reykyavik Sammitində bunu açıqca bə­yan edir. Daha sonra isə Ermənistana məxsus pilotsuz uçuş aparatları Azərbay­can səmasında görünərək, sanki gələ­cək müharibənin məşqini gerçəkləşdirir. Belədə, əlbəttə, İrəvana inamımız olmaz. Ancaq siyasət elə bir şeydir ki, bəzən, necə deyərlər, bıçağın sümüyə dirəndiyi anı da gözləməli, ən sonda hərəkətə keç­məlisən ki, kimlərsə əks iddia irəli sürmə­sin. Bu meydanda ayrı-ayrı tərəflərin fikir və düşüncələrini də nəzərdən keçirmək şərtdir.

***

Ermənistanda elə qüvvələr var ki, onlar aktiv, yəni, belə demək müm­künsə, rəsmi siyasətdən uzaqdırlar və belələrinin səsləndirdiyi fikirlərdə erməni məkrinin iç üzünü görmək mümkündür. Bir qədər düşünsək, aydın olacaq ki, Er­mənistan hakimiyyəti, faktiki olaraq, bu qüvvələrin təmsilçilərinin dildə səsləndir­diklərini, az və ya çox dərəcədə real iş müstəvisinə gətirməklə məşğuldur. 

Əlqərəz, Ermənistan siyasətində hiy­ləni, riyakarlığı və məkri ortaya qoyanlar­dan biri də ölkənin birinci baş naziri, hələ ötən əsrin 80-ci illərinin sonlarında er­mənilərin azərbaycanlılara qarşı təcavü­zünün “ideoloqlarından” sayılan Vazgen Manukyandır. 

Manukyan yerli mediaya müsahibə­sində Azərbaycan və Ermənistan lider­lərinin Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə reallaşmış da­nışıqlarından və əldə edilmiş razılaşma­dan söhbət açarkən, əvvəlcə anklavlar məsələsinə toxunub və bildirib ki, əgər bu ərazilər əldən getsə, o zaman Azər­baycan tarixi torpaqlarına iddia etmək imkanı qazanacaqdır. Onun qopardığı və bütövlükdə, hazırkı Ermənistan cəmiyyə­tinə xas isteriyanın daha bir əlaməti də özünü iki Cənubi Qafqaz ölkəsi arasında imzalanması nəzərdə tutulan sülh müqa­viləsi kontekstində göstərib. Manukyan deyib ki, əgər sözügedən müqavilə indiki şərtlər altında imzalansa, bu, Qaraba­ğın Ermənistan düşüncəsindəki məhvi olacaq və Azərbaycan yeni müharibəyə başlamaq üçün fürsət qazanacaq. 

Namərd fürsətçilliyə və işğalçılıq ma­hiyyətinə köklənmiş V.Manukyan tipik er­məni xislətinə xas xüsusiyyətlərini isə bu fikrində tam çılpaqlığı ilə ortaya qoyub: “Türkiyə və Azərbaycanla bütün şifahi razılaşmalara məhəl qoymamaq, vaxt udmaq, güclənmək və gözlənilən yeni dəyişikliklərə hazırlaşmaq vacibdir”. 

Sabiq baş nazir milli həmrəylik, birlik və etimad kimi populist fikirlər səsləndir­məklə yanaşı, onu da bildirib ki, ordunu yenidən formalaşdırmaq və təbii müt­təfiqlərlə yüksək səviyyəli münasibətlər qurmaq mütləqdir. Yəni, əsas məqsəd Azərbaycana qarşı müharibəyə başla­maqdır...

Manukyan diqqətə çatdırdığı “plat­formanı” Paşinyanın deyil, yalnız ölkədə yeni qurulacaq hökumətin həyata keçir­məsinin mümkünlüyü üzərində dayanır. Amma fərqinə varmır, ya da varmaq istəmir ki, Paşinyan administrasiyası da təxminən onun dediyi yolla gedir. Axı, in­diki baş nazirin də erməni qanı daşıyan şəxs kimi, keçmiş baş nazirdən fərqli dü­şünməsi, sadəcə mümkünsüzdür. Bura­da birincinin öz düşüncəsini və ənənəvi mənfur xislətini maskalayan demokrat kamuflyaja malikliyi, ikincinin anti-de­mokratik mühitin və pas tutmuş köhnəli­yin rəmzi olması heç bir anlam daşımır... 

Bəli, Manukyan Azərbaycanın böl­gədəki vəziyyətin dəyişməsindən çəkin­diyini və buna görə tələsdiyini bildirir. 44 günlük müharibədə Bakının qələbəsinin, guya, təsadüf olduğunu deyən keçmiş baş nazir belə bir iddia da səsləndirir ki, hazırkı situasiyada Ermənistanla Azər­baycan arasında danışıqların gündəliyi absurd görünür. Daha sonra anti-türk ritorikasına baş vuran siyasətçinin Tür­kiyədəki seçkilərə köklənməsi diqqətdən yayınmır. Eləcə də beynəlxalq siyasi pro­sesləri özünün yarımçıq təfəkkürünə xas üslubda şərh etməsi. 

Ancaq Manukyanın söylədiklərində bir məqam var ki, həmin məqamın hakim komanda da daxil, bütövlükdə, Ermənis­tan siyasəti istableşmentinin düşüncəsi olma reallığını nəzərə alırıq. Diqqət ye­tirək: “Rusiya öz maraqlarının balansını düzgün qiymətləndirib, ya yox, bunu za­man göstərəcək. Müxalifətdən prezident­liyə namizəd Kılıçdaroğlu seçilərsə, Ru­siya ilə Türkiyə arasında münasibətlərin səviyyəsi xeyli aşağı düşəcək ki, bu da Moskvanı bu regiondakı siyasətinə yeni­dən baxmağa məcbur edəcək. Təbii ki, Türkiyə ilə Azərbaycan arasında da mü­nasibətlər qismən dəyişəcək. Vəziyyət Azərbaycanın xeyrinə olmayacaqdır. Bu da bizim üçün faydalıdır”. 

Göründüyü kimi, ənənəvi müttəfiqlərə sığınmaqdan dəm vuran Manukyan da hazırkı bədbin beynəlxalq vəziyyətinə görə, Rusiyadan üz döndərmək yolu tu­tur. Əlbəttə, niyyətimiz onun səsləndirdiyi bütün cəfəng fikirləri diqqətə çatdırmaq deyil. Nə də sabiq baş nazirin hiyləgərlik­lərini tam şəkildə qabartmaq istəyindəyik. Bunun ayrıntılarına diqqət yetirməyə, sa­dəcə vaxtımız çatmaz. Əvvəldə vurğula­dığımız mətləbi, bir növ, qüvvətləndirmək fikrindəyik. 

Sözümüz ondadır ki, indiki məqam­da Manukyan xəstə erməni cəmiyyəti­nin bariz obrazıdır. Biz zaman-zaman Ermənistanın hakim komandası tərəfin­dən Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı müəyyən müsbət fikirlər eşitsək də, deməliyik ki, Paşinyan administrasi­yası da məhz bu xəstəlik obrazının, belə demək mümkünsə, qalstuklu, dünyaya demokrat qiyafəsində görünən təza­hüründən başqa bir şey deyil. Bir daha vurğulayaq ki, manukyanların səsləndir­dikləri iddialar sonradan real iş müstəvi­sində Ermənistan hakimiyyəti üçün prio­ritetə çevrilir. Yəni, həmişə olduğu kimi, yenə də qarşıdakı müddətdə bu reallığı ciddi şəkildə nəzərdən keçirməli, “Brüs­sel formatı”nın nikbin ovqatına çox da aludə olmamalıyıq. 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət