“Ermənistanda keçirilən idman mərasimində Azərbaycan Bayrağının yandırılması beyni türk soyuna qarşı zəhərləndirilmiş ermənilərin törətdikləri növbəti vəhşilikdir. Ən pisi də odur ki, baş nazir Nikol Paşinyan iştirak etdiyi həmin tədbirdə əksəriyyət görünməmiş vandallığı alqışladı və bu rüsvayçılığa ictimai məzmun verdi, rəsmi rəng qatdı”.
Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılmasına münasibət bildirən ehtiyatda olan türk generalı Yücel Karauz “Xalq qəzeti”nə bu açıqlamasının davamında söylədi:
– Bundan tamamilə fərqli olaraq, bir neçə il öncə Prezidenti İlham Əliyev Bakıda keçirilən Avropa Oyunları zamanı, özü də Azərbaycan torpaqlarının hələ də işğal altında olduğu, BMT qətnamələrinə məhəl qoyulmadan ölkənizə qarşı təcavüzkar siyasətin davam etdiyi bir vaxtda erməni əsilli idmançının əlini sıxıb onu mükafatlanırdı. O zaman nəhəng salon Azərbaycan Prezidentinin yüksək alicənablığını alqışlamaqla xalqınızın da bəşəri dəyərlərə sadiqliyini nümayiş etdirdi.
General, eyni zamanda, Ermənistanda əsir götürülən Azərbaycan əsgəri Hüseyn Axundova qarşı ermənilərin tətbiq etdiyi ağır işgəncələrə də toxundu:
– Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsi olsa da, sülh əldə olunmayıb. Azərbaycanla sərhədlərdə savaş vəziyyəti var. Bir ordu mənsubunun, yaxud sadə vətəndaşın belə durumda müxtəlif səbəblərlə ələ keçirilməsi onu hərbi əsir vəziyyətinə gətirir. Beynəlxalq hüquqa görə, hərbi əsirə işgəncə, pis rəftar, psixoloji təzyiq göstərilə bilməz. Bu qayda 1907-ci il Lahey və 1949-cu il Cenevrə sazişlərində öz əksini tapıb.
Ermənistanın etdiyi bu vəhşilik ifrat millətçiliyə yoluxmuş bir toplumun dünyaya baxışlarının nümayişidir. 44 günlük savaş zamanı Azərbaycan erməni əsirlərinə humanist davrandığı halda, Ermənistanın sərgilədiyi vandal münasibət göz önündədir. Son günlər baş vermiş hər iki hadisə Ermənistanın bəşəri dəyərlərə və beynəlxalq hüquqa dövlət səviyyəsində göstərdiyi hörmətsizliyi bir daha təsdiqlədi.
Yücel Karauz bu günə qədər Qərb dövlətlərinin bu məsələyə heç bir reaksiya göstərmədiklərinə də diqqət çəkdi:
– İstər Azərbaycan vətəndaşına qarşı bu vəhşi davranış, istərsə də Azərbaycan dövlətinin rəmzi atributunun yandırılması kimi qeyri-insani və hüquqdan kənar hərəkətlərə Qərbin səssiz qalması daha bir ikiüzlülük nümayişidir. Bu üzdəniraq, beynəlxalq hüquqa zidd olan hərəkətlər Azərbaycan tərəfindən törədilmiş olsaydı (təbii ki, bu gözlənilən bir hal deyil), Qərb dövlətləri “insan haqları pozuldu” – deyib qalmaqal qoparardılar.
Həmsöhbətim fikirlərini belə bitirdi: “Ermənistanda törədilən vəhşilik milli natamamlıq göstəricisidir. Bu toplumun çoxsaylı vandallıq aksiyaları kimi, son iki vəhşiliyini də unutmaq olmaz.
Mehparə SULTANOVA
Ankara

