Prezidentin köməkçisi Balaxanı qəsəbəsində rus icmasının nümayəndələri ilə görüşüb

post-img

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki rus qəbiristanlığına baxış keçirilib. 

Z.Nağdəliyev yerində sakinlərlə, o cümlədən rus icmasının nümayəndələri ilə görüşüb.

Tapşırığa uyğun olaraq ərazidə abadlıq işlərinə başlanılıb, su xəttinin çəkilməsi ilə əlaqədar aidiyyəti qurum­lara müraciət edilib, sındırılmış məzar daşlarının yenisi ilə əvəz olunmasına, habelə mühafizə məqsədilə qəbiristan­lığın hasarlanmasına qərar verilib. 

Məsələ ilə əlaqədar Daxili İşlər Na­zirliyi tərəfindən cinayət işi açılıb və araşdırmaya başlanılıb.

Son xəbərlər