Azərbaycanın Rus İcması bəyanatla çıxış edib

post-img

Azərbaycanın Rus İcması Zabrat-1 və Balaxanı qəsəbələri arasında yerləşən Zabrat qəbiristanlığında yaranmış vəziyyətlə bağlı bəyanatla çıxış edib.

Bəyanatda deyilir: “Rus İcmasına Zabrat-1 və Balaxanı qəsəbələri ara­sında yerləşən Zabrat qəbiristanlığın­da yaranmış vəziyyətlə bağlı bir neçə müraciət daxil olub. Şahidlər tərəfindən vandalizm aktları, qəbirlərin dağıdıl­mış və aşırılmış qəbirüstü plitələrinin fotomaterialları təqdim edilib. Bundan başqa, bir neçə hallarda yəqin ki, qo­humlar tərəfindən əkilən ağaclar və kol­lar kökündən çıxarılıb, çəpərlər sökü­lüb”.

Bəyanatda vurğulanıb ki, baş verən­lər hiddət doğurur və təəccüblü deyil ki, bu, tolerant və multikultural Azərbaycan cəmiyyətində ictimaiyyət arasında və kütləvi informasiya vasitələrində nara­hatlıq yaradıb. Azərbaycanın Rus İcma­sı törədilmiş vandalizm aktını qətiyyətlə pisləyir və baş verən hadisəyə göstərdi­yi diqqətə görə Azərbaycan Respublika­sının Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirir.

“Hörmətli Mehriban Əliyevanın tap­şırığına əsasən, Azərbaycan Prezi­dentinin köməkçisi – Azərbaycan Res­publikası Prezidentinin Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə artıq Sabunçu rayonunun Balaxanı qəsəbəsində rus qəbiristanlığına baxış keçirilib. Vurğula­nıb ki, bütün qəbirüstü plitələr yenidən bərpa ediləcək”, – deyə bəyanatda de­yilir.

Bəyanatda vurğulanır ki, bu gün Azərbaycanın baş prokurorunun birinci müavini Elçin Məmmədov Rus İcması­nın sədri, Milli Məclisin deputatı Mixail Zabelinlə əlaqə saxlayıb və ona qəbi­ristanlıqda vandalizm aktları ilə bağlı bütün hadisələrin təhqiqi üzrə istintaq qrupunun yaradıldığı barədə məlumat verib. Bildirilir ki, Azərbaycan Respub­likasının baş prokuroru və daxili işlər naziri istintaq aparırlar.

“Azərbaycanın Rus İcması istintaqın gedişini izləməkdə davam edəcək və cəmiyyəti məlumatlandıracaq”, – deyə bəyanatda qeyd olunub.

Son xəbərlər