Şəkər xəstələrinin sayının artma səbəbi məlum olub

post-img

Şəkər xəstələrinin sayının artmasının səbəbi piylənmə və qidalanma problemləri olduğu məlum olub. 

XQ  türk mediyasına istinadən xəbər verir ki, doktor Mustafa Kamal Balcı Türkiyədə 1-ci tip diabet xəstələrinin sayının təxminən 100 min, 2-ci tip diabet xəstələrinin sayının isə 9 milyon civarında olduğunu bildirib.

O, hələ də diabeti inkişaf etdirməmiş prediyabet xəstələrinin sayının yetkin yaş qrupunun təxminən 40 faizini təşkil etdiyini ifadə edib: “Qadınlarda piylənmə nisbəti 40 faizi keçib. Şəkərli diabet qadınlarda daha çox rast gəlinir”.

Diabetli fərdlərdə pnevmoniya riskinin sağlam insanlara nisbətən daha yüksək olduğuna diqqət çəkən Balcı, bu səbəbdən peyvəndin tövsiyə edildiyini bildirib. Professor peyvəndlərlə təmin edilən immunizasiyanın diabetə nəzarəti asanlaşdırdığını, peyvəndlərlə ömrün uzadılacağını ifadə edib.

Ayşən AZADOVA

XQ

Səhiyyə