“Azərenerji” ASC-nin “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” 2025-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir

post-img

“Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” və həmin qaydalarda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2025-ci il tarixli 275s nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2025-ci il üçün doktorant hazırlığı üzrə qəbul planları”na əsasən aşağıdakı ixtisaslar üzrə qəbul aparacaqdır:

3340.01 – Elektrotexniki sistemlər və komplekslər.

3341.01 – Elektrik stansiyaları (elektrik hissəsi) və elektroenergetik sistemlər.

3342.02 – İstilik elektrik stansiyaları (istilik hissəsi).

3344.01 – Yüksək gərginliklər texnikası.

“Fəlsəfə doktoru” proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

• ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına).

• kadrların şəxsi-qeydiyyat vərəqəsi.

• tərcümeyi-hal.

• iş yerindən xasiyyətnamə.

• 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə).

• iş stajı olanlar üçün əmək kitabçasından çıxarış.

• çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat.

• ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə).

• xarici dil bilikləri üzrə beynəlxalq sertifikatı olanlara (IELTS, TOEFL, Cambridge English Qualifications, TestDaF, DELF, DALF, STANAG əgər varsa) və ya xarici dildən keçid balını toplayanlara Dövlət İmtahan Mərkəzi tərəfindən verilən təsdiqedici sənəd.

• şəxsiyyəti təsdiq edən sənədin surəti.

“Elmlər doktoru” proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

“Elmlər doktoru” proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

• ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına).

• kadrların şəxsi-qeydiyyat vərəqəsi.

• tərcümeyi-hal.

• 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə).

• iş yerindən xasiyyətnamə.

• əmək kitabçasından çıxarış.

• çap olunmuş elmi işlərin siyahısı.

• “Fəlsəfə doktoru” və ya “Elmlər namizədi” elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti.

• ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq olunmuş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə).

• şəxsiyyəti təsdiq edən sənədin surəti.

Qeyd – xarici dil (ingilis, alman və fransız dillərindən biri) fənnindən imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir. Xarici dil imtahanından keçid balını toplayan şəxslər fəlsəfə fənni üzrə imtahanda, fəlsəfə fənni üzrə “məqbul” qiymət alan şəxslər isə ixtisas fənni üzrə imtahanda iştirak etmək hüququ əldə edirlər.

Doktoranturaya sənəd qəbulu https://portal.edu.az vasitəsilə 2025-ci il mayın 13-dən iyunun 2-si saat 18.00-dək həyata keçiriləcəkdir.

Əlaqə telefonu – 050-228-84-27, Ülviyyə Nəsibova.

Ünvan-AZ1122, Bakı şəhəri, Zərdabi prospekti 94.

Reklam və elan