Azərbaycan İlahiyyat İnstitutu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2025-ci il tarixli 275s nömrəli sərəncamı ilə təsdiq olunmuş plan əsasında 2025-ci il üçün fəlsəfə doktoru proqramları üzrə doktoranturaya
QƏBUL ELAN EDİR
Fəlsəfə doktoru proqramları üzrə doktoranturaya sənəd qəbulunun 2025-ci il mayın 13-dən iyunun 2-dək həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Əlavə olaraq bildiririk ki, doktoranturaya sənəd qəbulunun “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilməsi planlaşdırılır.
Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun qeydiyyatdan keçməlidirlər.
Əlaqə nömrəsi- +994 12- 436 -77 -66 (daxili: 118; 117).