Naxçıvan Dövlət Universiteti 2024-2025-ci tədris ili üçün “Hərbi tibb” ixtisasına tələbə qəbulu elan edir

post-img

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində "Hərbi tibb" ixtisası üzrə tədris əyani formada Azərbay­can dilində aparılır. Təhsil müddəti 6 ildir.

"Hərbi tibb" ixtisasına cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşdan 23 yaşadək kişi cins­li hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və hərbi vəzifəlilər qəbul edilirlər.

SƏNƏDLƏRİN QƏBULU:

"Hərbi tibb" ixtisasına qəbul olmaq istəyən namizəd­lər 2024-cü il aprelin 1-dən 2024-cü il aprelin 30-dək ərizə ilə Naxçıvan Dövlət Universitetində yaradılmış sənəd qəbulu komissiyasına müraciət etməlidirlər.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

- abituriyentin təsdiq olunmuş elektron ərizəsindən çıxarış;

- şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə);

- tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (cari ilin məzunları üçün orta mək­təbdən verilmiş arayış);

- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti; 

-nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda);

- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda);

- oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə;

- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqan­larından ailə tərkibi və yaşayış yeri haqqında arayış;

-rəngli fotoşəkil (baş geyimsiz, anfas) - 6 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 4.5x6 sm ölçüdə;

-18 yaşı tamam olmayan namizədlər üçün valideyn­lərin və ya qəyyumlarının notarial qaydada təsdiq edil­miş razılıq ərizələri;

- elektrokardioqramma;

- qanın ümumi analizi, qan qrupu və rezus-faktor;

- qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri;

- qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri;

-sidiyin ümumi analizi;

- psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-ol­maması haqqında arayışlar.

Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir.

QEYD: 

Namizədlər hər hansı səbəbdən "Hərbi tibb" ixtisa­sında təhsil almaqdan imtina etdikləri halda, Naxçıvan Dövlət Universitetindən xaric olunmaları barədə öhdə­lik götürürlər.

Naxçıvan Dövlət Universitetinin "Hərbi tibb" ixtisa­sına keçirilən müsabiqədən sonra bu ixtisas üzrə boş yerlər qalarsa, həmin yerlərin Azərbaycan Tibb Univer­sitetinin müvafiq ixtisasına sənəd vermiş, həkim ko­missiyasından keçmiş və müsabiqə şərtlərini ödəmiş abitruyentlərin hesabına doldurulmasına etiraz etmirik.

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN "HƏRBİ TİBB" İXTİSASINA QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR

Namizədlər hərbi həkim komissiyasında müayinə­dən keçməlidirlər.

Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən na­mizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.

Naxçıvan Dövlət Universitetinin "Hərbi tibb" ixtisa­sı üçün keçiriləcək qəbul imtahanına hərbi həkim ko­missiyasında müayinədən müvəffəqiyyətlə keçmiş na­mizədlər buraxılırlar.

Müraciət edən şəxslərin məhkumluğu barədə ara­yışın alınması fakültə dekanlığının sorğusuna əsasən Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilir.

Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən ke­çirilən qəbul imtahanı verirlər. Qəbul imtahanı IV ixtisas qrupunun fənləri üzrə Azərbaycan dilində keçirilir.

Namizədlər "Hərbi tibb" ixtisasına Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların nəticələri əsasında qəbul edilirlər.

"Hərbi tibb" ixtisası üzrə qəbul olmuş şəxslər 4-cü kursadək təhsil aldıqdan sonra hərbi andı qəbul edir və bütün növ təminatlarla (geyim, qida və s.) təmin edi­lirlər. "Hərbi tibb" ixtisasına qəbul olmuş şəxslər 4-cü kursadək Naxçıvan Dövlət Universitetində və kliniki ba­zalarda, son 2 ili isə birbaşa Hərbi hospitalda və hərbi şəraitdə təhsil alırlar. "Hərbi tibb" ixtisası üzrə qəbul ol­muş şəxslər təhsil müddətində müəyyən edilmiş məb­ləğdə müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qayda­lara uyğun əlavələr edilir.

Sənədlər Naxçıvan Dövlət Universitetində yaradıl­mış komissiya tərəfindən qəbul olunur (Ünvan- AZ7012 , Naxçıvan şəhəri, Universitet şəhərciyi, Naxçıvan Döv­lət Universiteti).

Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan edildikdən sonra əlavə olaraq bildirilə­cəkdir.

Əlavə məlumat Naxçıvan Dövlət Universitetinin in­ternet saytında (www.ndu.edu.az) yerləşdiriləcəkdir.

Əlaqə telefonu- (+99436) 544 08 61 (2700), (+994) 503690000, (+994) 602088800 . 

Faks: (+99436) 545 72 88.

E-poçt: [email protected]; [email protected]

Reklam və elan