“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Balakən rayonunun Mahamalar və digər yaşayış məntəqələrinin, Balakənçay və Katexçay çaylarının sel sularından mühafizəsi tədbirləri”nin satın alınması ilə əlaqədar “Xalq qəzeti”nin 29 aprel 2023-cü il və 16 may 2023-cü il tarixli nömrələrində dərc olunmuş elan və tenderlərin şərtlər toplusunun 3-cü bölməsinin məlumat xəritəsinin TİT 13-3.8-ci maddəsində müsabiqədə iştirak edəcək iddiaçılar üçün qeyd olunan tələbdə dəyişiklik edərək, aşağıdakı redaksiyada təqdim olunmasını məqsədə uygun hesab etmişdir.
İddiaçının son 10 (on) tam təqvim ilində analoji işlər üzrə yerinə yetirdiyi müqavilələrin ümumi məbləği 3000,0 min manatdan az olmamalıdır.
• İddiaçı son 10 ildə ayrı-ayrılıqda, yaxud bir yerdə olmaqla ən azı 1 (bir) analoji iş kimi 500 metr uzunluğunda və hündürlüyü 8 metrdən az olmamaq şərti ilə beton bənd və ən azı 15 metr uzunluğunda fiksatorun tikintisi müqaviləsini yerinə yetirmiş olmalı və işlərin bitirilməsinə aid təsdiqedici sənədlərini (təhvil-təslim aktları və işbitirmə) təqdim etməlidir.
Tender komissiyası

