Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772, № 11, maddə 1189) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 99-4.5-ci maddədə “200-1, 200-2” rəqəmləri “200 – 200-3” rəqəmləri ilə əvəz edilsin;
1.2. 189-1.3-cü və 189-1.4-cü maddələrin dispozisiyasında “Təbii” sözü “Ötürücü və ya paylayıcı sistem operatorunun, təbii” sözləri ilə əvəz edilsin;
1.3. 190-cı maddənin “Qeyd” hissəsinə “200-2.1,” rəqəmlərindən sonra “200-3.1,” rəqəmləri, “200-2.3,” rəqəmlərindən sonra “200-3.2.3,” rəqəmləri əlavə edilsin;
1.4. 200-cü maddənin “Qeyd” hissəsində “üç yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə üç” sözləri “beş min manatdan yuxarı, lakin otuz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə otuz” sözləri ilə əvəz edilsin;
1.5. 200-2-ci maddə üzrə:
1.5.1. adında, 200-2.1-ci və 200-2.2-ci maddələrin dispozisiyasında “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin;
1.5.2. aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd: “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınan genetik modifikasiya olunmuş orqanizmlərə bu maddənin qüvvəsi şamil edilmir.”;
1.6. aşağıdakı məzmunda 200-3-cü maddə əlavə edilsin:
“Maddə 200-3. Təhlükəli qida məhsullarının istehsalı, satışı və ya satış məqsədilə saxlanması
200-3.1. Bilə-bilə insan həyatı və sağlamlığı üçün təhlükəli qida məhsullarının istehsalı, satışı və ya satış məqsədilə saxlanması, bu əməllər xeyli miqdarda törədildikdə –
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on min manatdan on beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
200-3.2. Eyni əməllər:
200-3.2.1. təkrar törədildikdə;
200-3.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
200-3.2.3. külli miqdarda törədildikdə –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
200-3.3. Bu Məcəllənin 200-3.1-ci və ya 200-3.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
200-3.4. Bu Məcəllənin 200-3.1-ci və ya 200-3.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
200-3.5. Bu Məcəllənin 200-3.1-ci və ya 200-3.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda –
üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
Maddə 2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772; Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 56-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 16.2-ci maddədə “yetkinlik yaşına çatmayanların işləri və” sözləri “uşaq” sözü ilə, “Yetkinlik yaşına çatmayanların işləri və” sözləri “Uşaq” sözü ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Müvafiq dövlət orqanları həmin inzibati xətalar haqqında işləri inzibati xətanın aşkar edildiyi vaxtdan 2 iş günü müddətində uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalara göndərirlər.”;
2.2. 38.4-cü maddədə “yetkinlik yaşına çatmayanların işləri və” sözləri “uşaq” sözü ilə, “Yetkinlik yaşına çatmayanların işləri və” sözləri “Uşaq” sözü ilə əvəz edilsin;
2.3. 40.0.2-ci və 114.2.4-cü maddələrdə “yetkinlik yaşına çatmayanların işləri və” sözləri “uşaq” sözü ilə əvəz edilsin;
2.4. 41-ci maddə üzrə:
2.4.1. adında “Yetkinlik yaşına çatmayanların işləri və” sözləri “Uşaq” sözü ilə əvəz edilsin;
2.4.2. mətnində “yetkinlik yaşına çatmayanların işləri və” sözləri “uşaq” sözü ilə, “Yetkinlik yaşına çatmayanların işləri və” sözləri “Uşaq” sözü ilə əvəz edilsin;
2.5. 43.1-ci maddədən “394-1,” rəqəmləri çıxarılsın və həmin maddəyə “602-3,” rəqəmlərindən sonra “602-4,” rəqəmləri əlavə edilsin;
2.6. 81-1.1-ci, 127-3-cü maddələrdən və 127-4.1-ci maddənin birinci cümləsindən “, 540.1-ci” sözləri çıxarılsın;
2.7. 102.1-ci maddəyə “mühafizəsi,” sözündən sonra “qida təhlükəsizliyi,” sözləri əlavə edilsin və həmin maddədə “və 602-3-cü” sözləri “, 602-3-cü və 602-4-cü” sözləri ilə əvəz edilsin;
2.8. 116.1-ci maddəyə “209,” rəqəmlərindən sonra “220.1, 220.2,” rəqəmləri əlavə edilsin;
2.9. 192.7-ci maddənin dispozisiyasında “İşəgötürən” sözü “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işəgötürən” sözləri ilə əvəz edilsin;
2.10. 220-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 220. Qida təhlükəsizliyi haqqında qanunvericiliyin pozulması
220.1. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qida zənciri obyektlərinin təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərməsinə görə –
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
220.2. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qida zənciri obyektlərinin və subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyata alınmadan qida sahəsində fəaliyyət göstərməsinə görə –
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
220.3. Qida zənciri subyektləri tərəfindən qida və (və ya) yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi proseslərinin həyata keçirilməsi zamanı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tələblərə əməl edilməməsinə görə –
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
220.4. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməmiş məhsulların istehsalına, emalına, satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə –
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
220.5. Qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə ilkin və dövri tibbi müayinələrdən keçməmiş, yaxud müxtəlif yoluxucu xəstəliklərin daşıyıcıları olan və ya infeksion xəstəliklərə yoluxmuş əməkdaşların buraxılmasına görə –
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
220.6. İdxal olunmuş məhsulların idxal sağlamlıq aktı olmadan satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə –
fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
220.7. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının ilkin istehsalına görə –
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
220.8. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tələblərə cavab verməyən qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalına, emalına, satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə –
fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
220.9. Təhlükəli qida və yem məhsullarının ilkin istehsalına, istehsalına, emalına, satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə –
fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
220.10. Qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada bildirişin göndərilməməsinə görə –
vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.”;
2.11. 221-ci maddə üzrə:
2.11.1. aşağıdakı məzmunda 221.1-1-ci və 221.3-1-ci maddələr əlavə edilsin:
“221.1-1. Tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin pərakəndə satışına görə –
inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.”;
“221.3-1. Bu Məcəllənin 221.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərərin vurulmasına görə –
inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.”;
2.11.2. 221.3-cü maddənin dispozisiyasında “fərqli” sözü “yuxarı” sözü ilə əvəz edilsin;
2.11.3. 221.4-cü maddə üzrə:
2.11.3.1. dispozisiyada “maddəsində nəzərdə tutulmuş xətanın” sözləri “, 221.1-1-ci və 221.3-1-ci maddələrində nəzərdə tutulmuş xətaların” sözləri ilə əvəz edilsin;
2.11.3.2. sanksiyada “manatdan iki min beş yüz” sözləri “beş yüz manatdan üç min” sözləri ilə, “yeddi min manatdan doqquz” sözləri “doqquz min manatdan on bir” sözləri ilə əvəz edilsin;
2.11.4. 221.8-ci maddənin dispozisiyasında “dərman vasitəsi deyildir” sözləri “DƏRMAN VASİTƏSİ DEYİLDİR” sözləri ilə, “fəallığa malik qida əlavələrinin” sözləri “aktiv qida məhsullarının” sözləri ilə əvəz edilsin;
2.11.5. 221.9-cu maddə üzrə:
2.11.5.1. dispozisiyada “fəallığa malik qida əlavələrinin həkim reseptinə” sözləri “aktiv qida məhsullarının reseptə” sözləri ilə əvəz edilsin;
2.11.5.2. sanksiyada “əlli manatdan yüz” sözləri “yüz manatdan yüz əlli” sözləri ilə, “yüz əlli manatdan iki” sözləri “üç yüz manatdan dörd” sözləri ilə əvəz edilsin;
2.11.6. aşağıdakı məzmunda 221.12 – 221.14-cü maddələr əlavə edilsin:
“221.12. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hal istisna olmaqla, dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə –
vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
221.13. Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, həmin dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən aptek təşkilatının Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə –
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
221.14. Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, istehlakçının tələbi əsasında aptek təşkilatı tərəfindən kağız formasında çap edilərək ona təqdim edilməməsinə görə –
əlli manat məbləğində cərimə edilir.”;
2.12. 280-ci maddənin dispozisiyasında “Enerji” sözü “Ötürücü və ya paylayıcı sistem operatorunun, enerji” sözləri ilə əvəz edilsin;
2.13. 286.2-ci maddənin dispozisiyasında “Elmi” sözü “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınan genetik modifikasiya olunmuş orqanizmlər, habelə elmi” sözləri ilə əvəz edilsin;
2.14. aşağıdakı məzmunda 352-1-ci maddə əlavə edilsin:
“Maddə 352-1. Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulması
352-1.1. Ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə –
yüz əlli manat məbləğində cərimə edilir.
352-1.2. Buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə –
iki yüz manat məbləğində cərimə edilir.”;
2.15. 394-1-ci maddə ləğv edilsin;
2.16. 428.4-cü maddənin dispozisiyasında “Həkim resepti” sözləri “Resept” sözü ilə, “fəallığa malik qida əlavələrinin dərman vasitəsi olmadığı, həkim resepti” sözləri “aktiv qida məhsullarının dərman vasitəsi olmadığı və müalicəvi xüsusiyyətlərə malik olmadığı haqqında məlumat verilmədən, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınmasını təsdiq edən qeydiyyat nömrəsi göstərilmədən, resept” sözləri ilə əvəz edilsin;
2.17. aşağıdakı məzmunda 428-1.6-cı maddə əlavə edilsin:
“428-1.6. Turizm və rekreasiya zonalarının ərazisində “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş fəaliyyətlə məşğul olmağa görə –
fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.”;
2.18. 447-ci maddə üzrə:
2.18.1. 447.0.3-cü maddəyə “göstərilməsinə” sözündən sonra “(bu Məcəllənin 220.3-cü, 220.8-ci və 220.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri əlavə edilsin;
2.18.2. 447.0.5-ci maddəyə “görülməsinə” sözündən sonra “(bu Məcəllənin 220.9-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri əlavə edilsin;
2.18.3. “Qeyd” hissəsində “üç yüz” sözləri “beş min” sözləri ilə əvəz edilsin;
2.19. 449-cu maddə üzrə:
2.19.1. adında, dispozisiyada və sanksiyada “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin;
2.19.2. “Qeyd” hissəsinin mətni 1-ci bənd hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda 2-ci bənd əlavə edilsin:
“2. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınan genetik modifikasiya olunmuş orqanizmlərə bu maddənin qüvvəsi şamil edilmir.”;
2.20. 452-ci maddə üzrə:
2.20.1. 452.2-ci maddənin dispozisiyasına “ləvazimatları,” sözündən sonra “pərakəndə satış üçün nəzərdə tutulan əczaçılıq məhsulları (pambıq, tənzif, bint, sarğı materialları, leykoplastrlar və digər analoji məmulatlar),” sözləri əlavə edilsin və həmin maddənin dispozisiyasında “uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri” sözləri “xüsusi təyinatlı qida məhsulları, təbii mineral sular, bioloji aktiv qida məhsulları” sözləri ilə əvəz edilsin;
2.20.2. aşağıdakı məzmunda 452.2-1-ci maddə əlavə edilsin:
“452.2-1. Reseptə yazılmış təsiredici maddə üzrə aptek təşkilatında mövcud olan dərman vasitələri və onların qiymətləri barədə aptek təşkilatının satıcısı tərəfindən istehlakçıya məlumat verilməməsinə görə –
iki yüz manat məbləğində cərimə edilir.”;
2.21. 453-cü maddənin dispozisiyasında “ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı” sözləri “qida məhsulları barəsində isə həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi” sözləri ilə əvəz edilsin;
2.22. 455-ci maddənin adında, 455.1-ci və 455.2-ci maddələrin dispozisiyasında “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin;
2.23. aşağıdakı məzmunda 455-1-ci maddə əlavə edilsin:
“Maddə 455-1. Alkoqollu içkilərin müəyyən edilmiş minimum qiymətdən aşağı qiymətə satılması
Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılmasına görə –
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.”;
2.24. 539-cu maddənin “Qeyd” hissəsi və 540.1-ci maddə ləğv edilsin;
2.25. 544-cü maddə üzrə:
2.25.1. adı aşağıdakı redaksiyada verilsin:
“Maddə 544. İstehlakçıların hüquqlarının müdafiəsi və ya qida təhlükəsizliyi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma”;
2.25.2. 544.1-ci maddənin dispozisiyasında “müdafiəsini” sözü “müdafiəsi və ya qida təhlükəsizliyi sahəsində dövlət nəzarətini” sözləri ilə və “orqanının vəzifəli şəxsləri” sözləri “orqanı” sözü ilə əvəz edilsin;
2.25.3. 544.2-ci maddənin dispozisiyasında “istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin” sözləri “, yaxud qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi çərçivəsində müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin və həmin maddənin dispozisiyasına “tələblərini” sözündən sonra “(qərarlarını)” sözü əlavə edilsin;
2.26. 549.2-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin:
“549.2. Bələdiyyə qərarlarının qəbul edildiyi vaxtdan 3 iş günü ərzində onların surətinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilməməsinə görə –”;
2.27. 578.6-cı maddənin dispozisiyasından “və ya iş icazəsi itirildikdə,” sözləri çıxarılsın və həmin maddənin dispozisiyasında “belə icazənin” sözləri “iş icazəsinin” sözləri ilə əvəz edilsin;
2.28. aşağıdakı məzmunda 598.8-1-ci və 602-4-cü maddələr əlavə edilsin:
“598.8-1. Qeyri-hökumət təşkilatları, o cümlədən xarici qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri tərəfindən qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatının “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilən nəzarət orqanına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə –
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.”;
“Maddə 602-4. Kosmik fəaliyyət haqqında qanunvericiliyin pozulması
602-4.1. Kosmik fəaliyyət haqqında qanunvericiliyin pozulmasına, yəni:
602-4.1.1. Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsi Azərbaycan Respublikasından kənarda kosmik obyekt üzərində əmlak hüququnu əldə edənədək bu barədə milli kosmik operatora əvvəlcədən yazılı məlumat verməməsinə;
602-4.1.2. Azərbaycan Respublikasının kosmik obyektlərinin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektin mülkiyyətçisinin kosmik obyektin istismardan çıxarılması barədə dərhal milli kosmik operatora yazılı məlumat verməməsinə;
602-4.1.3. Azərbaycan Respublikasından kənarda kosmik obyektin istehsalını sifariş etmiş Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsi sifariş verdiyi andan 30 (otuz) gün müddətində bu barədə milli kosmik operatora yazılı məlumat verməməsinə görə –
fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.”.
Maddə 3. Bu Qanunun 1.1-ci, 1.3 – 1.6-cı, 2.7-ci (qida təhlükəsizliyi sahəsinə münasibətdə), 2.8-ci, 2.10-cu, 2.13-cü, 2.18-ci, 2.19-cu, 2.21-ci, 2.22-ci və 2.25-ci maddələri 2025-ci il martın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27dekabr 2024-cü il