Azərbaycan Respublikasının Qanunu

post-img

“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Lotereyalar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci, 6-cı, 10-cu, 11-ci, 13-cü, 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 2, maddə 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) 9-cu maddəsinin birinci hissəsində “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını” sözləri “elektron üsulla təqdim olunan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada hüquq sahibinin həmin çıxarışı əldə etməsini” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 7, maddə 116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 2, maddə 138, № 3, maddə 250) 13-13-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 13-13.3.1-ci maddəyə “təqdim olunmadıqda” sözlərindən sonra “(bu Qanunun 13-13.7-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 13-13.7-ci maddə əlavə edilsin:

“13-13.7. Bu Qanunun 13-13.2-ci maddəsində qeyd edilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iştirak payını əldə etmək istəyən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.”.

Maddə 3. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 137 (Cild I); 2024, № 5 (I kitab), maddə 488) 9-cu maddəsinə aşağıdakı məzmunda II-I hissə əlavə edilsin:

“II-I. Bu Qanunun 9-cu maddəsinin II hissəsində qeyd edilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.”.

Maddə 4. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 485 (Cild I) 9-cu maddəsinin beşinci hissəsinin ikinci abzası və altıncı hissəsinin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:

“iddiaçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi), ünvanı, imzası (iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə patent müvəkkilinin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi, ünvanı və imzası);”.

Maddə 5. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 10 (Cild I); 2024, № 2, maddə 138) 32-ci maddəsinin onuncu hissəsində “Elektron hökumət” portalında” sözləri “Elektron Hökumət İnformasiya Sistemində” sözləri ilə əvəz edilsin.

Maddə 6. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 18 (Cild I) 7-ci maddəsinin birinci hissəsinin yeddinci abzasında “Elektron hökumət” portalında” sözləri “Elektron Hökumət İnformasiya Sistemində” sözləri ilə əvəz edilsin.

Maddə 7. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365) 45.7-1-ci maddəsində “Elektron hökumət” portalında” sözləri “Elektron Hökumət İnformasiya Sistemində” sözləri ilə əvəz edilsin.

Maddə 8. “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 309 (Cild I); 2024, № 2, maddə 138) 8.2.1-ci maddəsinin ikinci cümləsinə birinci halda “adı,” sözündən sonra “vergi ödəyicisinin eyniləşdirmə nömrəsi,” sözləri əlavə edilsin.

Maddə 9. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603 (Cild I) 12.1-ci maddəsinin üçüncü cümləsində “Elektron hökumət” portalında” sözləri “Elektron Hökumət İnformasiya Sistemində” sözləri ilə əvəz edilsin.

Maddə 10. “Media haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 90 (Cild I); 2024, № 5 (I kitab), maddələr 488, 494, № 7, maddə 775) aşağıdakı dəyişikliklər edilsin:

10.1. 52-ci maddə üzrə:

10.1.1. 52.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“52.3. Bu Qanunun 52.2-ci maddəsində qeyd olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

10.1.2. 52.5-ci maddəyə “məsələlərə” sözündən sonra “(bu Qanunun 52.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

10.2. 55.1-ci maddəyə “təqdim edilir” sözlərindən sonra “(bu Qanunun 52.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2024-cü il

Qanunlar