Azərbaycan Respublikasının Qanunu

post-img

Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 6-cı, 14-cü və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 126 (Cild I); 2024, № 5 (l kitab), maddə 484, № 6 (I kitab), maddə 637, № 7, maddələr 763, 765, 769, 772) aşağıdakı məzmunda 136.4-cü maddə əlavə edilsin:

“136.4. Uşaqlar (himayədar ailəyə verilmiş uşaqlar, habelə bu Məcəlləyə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) üzərində qəyyumluq və himayəçilik orqanının funksiyalarını uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirir.”.

Maddə 2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772, № 11, maddə 1189) 89.3-cü maddəsində “yetkinlik yaşına çatmayanların işləri və” sözləri “uşaq” sözü ilə əvəz edilsin.

Maddə 3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I); 2024, № 1, maddə 4, № 4, maddələr 362, 365, 368, № 6 (I kitab), maddə 631) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 435-1-ci maddə üzrə:

3.1.1. 435-1.1-ci, 435-1.3.2-ci, 435-1.7.2-ci, 435-1.7.3-cü, 435-1.9.2-ci və 435-1.12.2-ci maddələrdə “yetkinlik yaşına çatmayanların işləri və” sözləri “uşaq” sözü ilə əvəz edilsin;

3.1.2. 435-1.2-ci maddədə “Yetkinlik yaşına çatmayanların işləri və” sözləri “Uşaq” sözü ilə əvəz edilsin;

3.2. 435-2.1-ci maddənin birinci abzasında, 435-2.2-ci, 513.1-ci, 517.2-ci və 517.3-cü maddələrdə “yetkinlik yaşına çatmayanların işləri və” sözləri “uşaq” sözü ilə əvəz edilsin.

Maddə 4. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 681 (Cild I); 2024, № 1, maddə 3) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4.1-ci, 6.0.3-cü, 16.2-ci, 20.1-ci maddələrdə, 20.2-ci maddənin birinci cümləsində, 21.0-cı maddənin birinci abzasının birinci cümləsində, 23.2.2-ci və 24.0.2-ci maddələrdə “yetkinlik yaşına çatmayanların işləri və” sözləri “uşaq” sözü ilə əvəz edilsin;

4.2. 9-cu maddə üzrə:

4.2.1. adında və 9.0-cı maddənin birinci abzasında “Yetkinlik yaşına çatmayanların işləri və” sözləri “Uşaq” sözü ilə əvəz edilsin;

4.2.2. 9.0.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“9.0.2. təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda və idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqini;”;

4.3. 12.2.2-ci və 14.0.1-ci maddələrdə “əsas” sözü “orta” sözü ilə əvəz edilsin;

4.4. 13-cü maddə üzrə:

4.4.1. 13.1-ci maddənin birinci abzasında “Yetkinlik yaşına çatmayanların işləri və” sözləri “Uşaq” sözü ilə əvəz edilsin;

4.4.2. 13.7.3-cü maddədə və 13.8-ci maddənin birinci abzasında “yetkinlik yaşına çatmayanların işləri və” sözləri “uşaq” sözü ilə əvəz edilsin.

Maddə 5. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 694 (Cild I) 14.2-ci maddəsinin ikinci cümləsində, 16.2-ci maddəsinin birinci və ikinci cümlələrində və 16.3-cü maddəsinin üçüncü cümləsində “Yetkinlik yaşına çatmayanların işləri və” sözləri “uşaq” sözü ilə əvəz edilsin.

Maddə 6. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 10, maddə 836 (Cild I); 2024, № 4, maddə 361, № 5 (l kitab), maddə 484) 6.2-ci maddəsində “yetkinlik yaşına çatmayanların işləri və” sözləri “uşaq” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2024-cü il

Qanunlar