Azərbaycan Respublikasının Qanunu

post-img

Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-II nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 217 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”nin 2.1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.1-ci maddədə “formalaşdırılmasında” sözü “və dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində” sözləri ilə əvəz edilsin və həmin maddəyə “iştirak” sözündən sonra “edilməsi” sözü əlavə edilsin.

2. Aşağıdakı məzmunda 2.1.1-1-ci, 2.1.8-1-ci və 2.1.9-1-ci maddələr əlavə edilsin:

“2.1.1-1. dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verilməsi;”

“2.1.8-1. dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsi;”

“2.1.9-1. Dövlət qulluqçularının reyestrinin aparılmasına nəzarət edilməsi.”

3. 2.1.7-ci maddəyə “hazırlanması” sözündən sonra “, habelə dövlət qulluqçuları üçün hazırlanmış təlim strategiyasına razılıq verilməsi” sözləri əlavə edilsin.

4. 2.1.9-cu maddəyə “iştirak” sözündən sonra “edilməsi” sözü əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2024-cü il

Qanunlar