İyulun 22-də Yasamal rayonu ərazisində yerləşən avtosalonların birindən üzərində dövlət qeydiyyat nişanları olmayan markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Xəbəri DİN mətbuat xidməti yayıb.
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən E.Həsənov avtomobillə birgə saxlanılıb.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ