XX əsrin 2 dünya müharibəsi, nəhayət, siyasi hədəflərə silah, xam xəyallara zor gücünə çatmağın puçluğunu tarixə iri hərflərlə birdəfəlik yazdı. Lakin özgə torpağında yaradılmış oyuncaq dövlət olmağın “for-postluğunda” məst olmuş erməni toplumu “xalqlar həbsxanası” sayılan sovet imperiyasının çöküşünə barbarlıq dövrü təfəkkürü ilə yetişdi, dünyanın üz çevirdiyi “zor”u diriltmək eşqinə düşdü.
“Çirkli alət” virusu ilə sərsəmləşdirilmiş, sürü psixologiyasının daşıyıcısına çevrilmiş ermənilik beynəlxalq hüququn yetkin uşağa da məlum yasaqlarına məhəl qoymadan özünü Azərbaycanın ortasında zor gücünə ikinci erməni dövləti yaratmağın mümkünlüyünə inandırdı. Bu quduz inam tarixin vəhşilik və qaniçənlik cəbbəxanasındakı bütün zor və amansızlıqları ermənilərin ixtiyarına buraxdı.
Beləliklə, 1988-ci ilin fevralından başlayaraq haqsızlıq və qəddarlıqla silahlanmış dünya erməniliyi quruda, suda, havada dinc azərbaycanlılara qənim kəsildi, davamlı faciələr törətdi, nahaq qanlar axıtdı. Məqsəd Azərbaycan xalqını qorxu yolu ilə Qarabağdan əl çəkməyə məcbur etmək idi. Bu amansız hücumların ən böyük qurbanı 1988-ci ilin 25–26 fevral gecəsi Azərbaycanın ən qədim yaşayış məskənlərindən birinin – 10 min nəfərlik Xocalı şəhərinin əliyalın əhalisi oldu. Bir gecənin içində bütöv bir şəhər oda qalandı, dağıdıldı, yer üzündən silindi. Tək-tük silahlılar isə yerindəcə güllələndi. Uşaqlar süngüyə çəkildi, qocalar tonqallara atıldı, qadınlar işgəncə və həqarətə məruz qaldı...
Sivil dünyanın itləri-pişikləri də əzizləyib başa çıxardığı bir zamanda Xocalıda bir geçənin içində 613 nəfər azərbaycanlı qətlə yetirildi, 1275 nəfər girov götürüldü, erməniliyin kəşfi olan ağlasığmaz işgəncələrlə üzləşdi. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. “Erməniliyin Xocalı zəfəri” zamanı qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca oldu. 8 ailə tamamilə məhv edildi, 25 uşaq ata-anasını, 130 nəfər onlardan birini itirdi.
Beləcə, Xocalı soyqırımı çağdaş tariximizin qanı kəsilməyən yarası kimi 31 ildir ki, xalqımızı inlədir, erməniliyin zor sevgisini, kor inamını birdəfəlik yox etməyə səsləyir. Azərbaycan xalqının haqlı intiqam savaşı erməniliyə buvaxtadək ibrətli dərslər versə də, sürü psixologiyalı toplumu yenidən quduzlaşdıranlar tapılır. Bu, dünyanın elə məkrli mərkəzləridir ki, Xocalı amansızlığını onlar həmin gecə uzaqdan durbinlə nəfəs kəsmədən, yatmadan izləmişdilər. İzləmişdilər və bugünədək də susurlar...
Haqq-ədalətin isə odda yanmaz, suda batmaz hikməti, gücü var. Bu gücün bir qaynağı “zora zorla cavab vermək”dirsə, başqa axarı da qan yaddaşından, ağrılı yaradan gəlir. Xalqımız ağrılı Xocalı yaddaşını ayıq saxlamqla ikiqat, üçqat güclü olacaq.
Beləliklə, faciənin ildönümü günlərində Xocalı yaddaşının canlı saxlancı olan insanların – əsir və girov düşmüş soydaşlarımızın tükürpədici şəhadətlərini, erməniliyin Xocalı üzqaralığının qanlı səhifələrini oxucularımıza təqdim etməyə başlayırıq.