Naftalanda “Zəfər Səlnaməsinin 5 ili” qeyd olunub

post-img

8 Noyabr – Zəfər Günü münasibətilə Naftalanda “Zəfər Səlnaməsinin 5 ili” adlı tədbir keçirilib. Tədbir Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində baş tutub.

Bayram tədbirində şəhər icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, YAP şəhər təşkilatının üzvləri, şəhid ailələri, qazilər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Heydər Əliyev parkında şəhid ailələri və qazilərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Daha sonra məktəblilərin rəsm və əl işlərindən ibarət sərgi, eləcə də Ulu Öndər Heydər Əliyevin həyatını və Zəfər Gününü əks etdirən foto-ekspozisiyalar nümayiş olunub.

Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib və Zəfər Gününə həsr olunmuş film nümayiş etdirilib.

Çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbənin tarixi əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsi, ölkəmizin güc və birliyinin parlaq göstəricisidir.

Tədbir “Zəfərin mübarək, Azərbaycan!” adlı bayram konserti ilə yekunlaşıb.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri























Sosial həyat