Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 221  Bakı şəhəri, 24 iyul 2025-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 157 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”da dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 157 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 751 (Cild I); 2024, № 1, maddələr 80, 111; 2025, № 3, maddə 282) ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”da aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı hissəyə “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”nin,” sözlərindən sonra “2009-cu il 7 iyul tarixli 104 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın,” sözləri, “qərarlarının” sözündən əvvəl “, Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 27 yanvar tarixli 10 nömrəli, “Elektron əmtəə-nəqliyyat qaiməsinin forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın və “Yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2023-cü il 4 oktyabr tarixli 355 nömrəli və “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair Tələblər”in təsdiq edilməsi haqqında” 2024-cü il 27 mart tarixli 183 nömrəli” sözləri əlavə edilsin.

2. 7-ci hissədə “siqaret” sözü “tütün” sözü ilə əvəz edilsin.

3. 3 və 4 nömrəli əlavələr yeni redaksiyada verilsin (əlavə olunur).

Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları