Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 432 Bakı şəhəri, 2 dekabr 2023-cü il 

“Fövqəladə vəziyyət haqqında” Azər­baycan Respublikasının Qanununda də­yişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazir­lər Kabinetinin bəzi qərarlarında dəyi­şiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Fövqəladə vəziyyət haqqın­da” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Res­publikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrasını təmin et­mək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiy­yata alınması qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 sentyabr tarixli 120 nömrəli Qərarında (Azərbaycan Respublika­sının Qanun-vericilik Toplusu, 2004, № 9, maddə 738; 2016, № 9, maddə 1585; 2020, № 6, maddə 807) aşağıdakı dəyişikliklər edil­sin:

1.1. preambulaya “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Fövqəladə vəziyyət rejiminin təmin olun­masında iştirak etmiş şəxslərin qeydiyyata alınması Qaydası”nın 1-ci hissəsində hər iki halda və 3-cü hissəsində “Fövqəladə vəziy­yət haqqında” sözləri “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” sözləri ilə əvəz edilsin.

2. “Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yar­dım və digər zəruri köməklik göstərilmə­si Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2005-ci il 22 fevral tarixli 32 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2005, № 2, maddə 132; 2020, № 11, maddə 1415; 2021, № 3, maddə 274) aşağıdakı dəyişikliklər edilsin:

2.1. preambulaya “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş “Fövqəladə vəziyyətin tətbiqi üçün əsas ol­muş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırıl­ması üçün müvafiq tədbirlərin tətbiq edilmə­si ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi Qaydası”­nın 1.1-ci bəndinə “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.

3. “Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqə­dar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsi­nin və maddi-texniki təminatının ölçüləri və qaydası, o cümlədən fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial ödənişlərin və kompensasiyaların, eləcə də fövqəladə vəziy­yət şəraitində tətbiq olunan digər tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi təd­birlərinin maliyyələşdirilməsi qaydası, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi qaydası və məbləğinin təsdiq edilməsi barədə” Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2005-ci il 24 iyun tarixli 120 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 556; 2006, № 9, maddə 822; 2021, № 3, maddə 272; 2022, № 5, mad­də 577) preambulasına “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.

4. “Qəza-xilasetmə və digər təxirəsalın­maz işlərin yerinə yetirilməsi və təmin edil­məsi üçün səfərbər olunmuş şəxslərə əməyə görə ödəniş verilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin 2005-ci il 24 iyun tarixli 121 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 557; 2007, № 2, maddə 185; 2009, № 10, maddə 857) preambulasına “vəziyyət” sözündən sonra “və sosial xarak­terli fövqəladə mühit” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2012-ci il 15 fevral tarixli 37 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2012, № 2, maddə 181; 2014, № 6, maddə 747; 2016, № 9, maddə 1585; 2019, № 1, maddə 163, № 7, maddə 1333; 2022, № 4, maddə 386) ilə təsdiq edil­miş “Fövqəladə vəziyyət şəraitində rabitə­dən istifadə üçün xüsusi Qaydalar”ın 1.1-ci bəndinə (birinci halda) “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 yanvar tarixli 8 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, mad­də 129, № 6, maddə 850) ilə təsdiq edilmiş “Fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bəra­bərliyin təmin edilməsi Qaydası”nın 1.3.1-ci, 2.3.4-cü yarımbəndlərinə, 3.3-cü bəndinə və “Qeyd” hissəsinin birinci cümləsinə “Fövqə­ladə vəziyyət” sözlərindən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları