Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 431 Bakı şəhəri, 2 dekabr 2023-cü il 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 iyul tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azər­baycan Respublikasında kritik informa­siya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda dəyişiklik edilməsi haqqında

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azər­baycan Respublikasının Qanununda dəyişik­lik edilməsi barədə” Azərbaycan Respubli­kasının 2023-cü il 11 aprel tarixli 861-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mü­hafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 iyun tarixli 729 nömrəli, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mü­hafizəsi haqqında” Azərbaycan Respublika­sının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 539-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezi­dentinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 iyun tarixli 729 nömrəli və “Kritik informasiya infrast­rukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” 2021-ci il 17 aprel tarixli 1315 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 5 iyul tarixli 1738 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 may tarixli 2145 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respub­likasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2023-cü il 17 iyul tarixli 229 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qa­nunve-ricilik Toplusu, 2023, № 7, maddə 1068) ilə təsdiq edilmiş “Azərbaycan Res­publikasında kritik informasiya infrastruk­turunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 5.1-ci bənddə “yerləşdirilir” sözü “yerləşdirilməsi təmin edilir” sözləri ilə əvəz edilsin. 

2. 7.5-ci bənddə “yerləşdirilməsi təmin olunur” sözləri “yerləşdirilməsini təmin edir” sözləri ilə əvəz edilsin.

3. Aşağıdakı məzmunda 8.4.3-1-ci ya­rımbənd əlavə edilsin:

“8.4.3-1. kritik informasiya infrastruk­turunun təhlükəsizliyi üzrə tələblərə riayət olunmasını kritik informasiya infrastrukturu subyektindən tələb etmək;”. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları