Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 391 Bakı şəhəri, 31 oktyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 502; 2022, № 6, maddə 674; 2023, № 3, maddə 435) ilə təsdiq edilmiş “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”na əlavə aşağıdakı redaksiyada verilsin:

“Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) ümumi təhsil pillə­sində tədris olunan fənlərə uyğunluğu

Sıra №-si
İxtisasların (proqramların) adı
İxtisasın uyğun gəldiyi ümumtəhsil fənni
1
2
3
1.
Filologiya (dil və ədəbiyyat göstərilməklə)*
dil və ədəbiyyat
2.
Tarix*
tarix
3.
Coğrafiya*
coğrafiya
4.
Riyaziyyat*
riyaziyyat
1
2
3
5.
Kimya mühəndisliyi
kimya
6.
Biologiya*
biologiya
7.
Tətbiqi biologiya**
biologiya
8.
Kimya*
kimya
9.
Tətbiqi kimya**
kimya
10.
Mexanika
fizika
11.
Fizika*
fizika
12.
Tətbiqi fizika**
fizika
13.
Tətbiqi riyaziyyat**
informatika
14.
İnformatika**
informatika
15.
Kompüter elmləri
informatika
16.
Elektronika, telekommunikasiya və radiotexnika mü­həndisliyi**
informatika
17.
Kompüter mühəndisliyi
informatika
18.
İnformasiya təhlükəsizliyi
informatika
19.
Texniki sistemlərdə idarəetmə və informatika**
informatika
20.
Avtomatlaşdırılmış sistemlərin və hesablama texnika­sının proqram təminatı**
informatika
21.
İnformasiya texnologiyaları və sistemləri mühəndisli­yi**
informatika
22.
Hesablama maşınları kompleksləri, sistemləri və şə­bəkələri**
informatika
23.
İnformasiya emalının və idarəetmənin avtomatlaşdı­rılmış sistemləri**
informatika
24.
Avtomatlaşdırılmış layihə sistemləri**
informatika
25.
Hesablama texnikasının və avtomatik sistemlərin proqram təminatı**
informatika
26.
İnformasiya texnologiyaları
informatika
27.
Sistem mühəndisliyi**
informatika
28.
Bədən tərbiyəsi və idmanda reabilitasiya
fiziki tərbiyə
1
2
3
29.
Bədən tərbiyəsi və idman**
fiziki tərbiyə
30.
Məşqçi (idman növü üzrə)**
fiziki tərbiyə
31.
İnstrumental ifaçılıq**
musiqi
32.
İnstrumental ifaçılıq (sahələr üzrə)
musiqi
33.
Solo oxuma**
musiqi
34.
Dirijorluq**
musiqi
35.
Dirijorluq (sahələr üzrə)
musiqi
36.
Bəstəkarlıq
musiqi
37.
Musiqişünaslıq
musiqi
38.
Estrada sənəti**
musiqi
39.
Xalq çalğı alətləri ifaçılığı**
musiqi
40.
Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri**
musiqi
41.
Vokal sənəti (sahələr üzrə)
musiqi
42.
Populyar musiqi və caz ifaçılığı

(sahələr üzrə)
musiqi
43.
Xor dirijoru**
musiqi
44.
İnstrumental ifaçılığı, orkestr alətləri, Azərbaycan xalq çalğı alətləri**
musiqi
45.
Dekorativ sənət**
təsviri incəsənət
46.
Dekorativ-tətbiqi sənət (sahələr üzrə)
təsviri incəsənət
47.
Dekorativ-tətbiqi incəsənət və xalq sənəti (sahələr üzrə)**
təsviri incəsənət
48.
Rəngkarlıq
təsviri incəsənət
49.
Qrafika
təsviri incəsənət
50.
Monumental-dekorativ sənət**
təsviri incəsənət
51.
Kompozisiya**
təsviri incəsənət
52.
Rəssamlıq**
təsviri incəsənət
53.
Dizayn**
təsviri incəsənət
54.
Dizayn (sahələr üzrə)
təsviri incəsənət
55.
Dizayner-rəssam**
təsviri incəsənət
56.
Heykəltəraşlıq
təsviri incəsənət
57.
Xalçaçı-rəssam**
təsviri incəsənət
58.
Modelyer-rəssam**
təsviri incəsənət
59.
Memarlıq
təsviri incəsənət 
 

* 2010/2011-ci tədris ilinədək bu ixtisaslar üzrə ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunanlar pedaqoji təhsilə malik olan şəxslər hesab edilirlər. 

** Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı” qüvvəyə minənədək mütəxəssis hazırlığı aparılmış ixtisaslar (proqramlar) nəzərdə tutulur.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları