Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 402 Bakı şəhəri, 3 noyabr 2023-cü il

“Azərbaycan Respublikası Xa­rici İşlər Nazirliyinin kollegiya üzv­lərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli Qərarında dəyi­şiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respubli­kasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 15-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” Azərbay­can Respublikası Nazirlər Kabineti­nin 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli Qərarında (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 740; 2006, № 7, maddə 640, № 9, maddə 815; 2011, № 1, maddə 61; 2012, № 5, maddə 468; 2014, № 9, maddə 1129; 2015, № 12, maddə 1589; 2018, № 7 (II ki­tab), maddə 1643; 2019, № 6, maddə 1154; 2020, № 9, maddə 1218) aşağı­dakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə “9” rəqəmi “11” rəqəmləri ilə əvəz edilsin.

2. 2-ci hissənin “Kollegiyanın üzv­ləri:” bölməsinə “Azərbaycan Respub­likası Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi” sözlərindən sonra “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəi­si” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları