Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 390 Bakı şəhəri, 31 oktyabr 2023-cü il

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiy­yətinin Səsyazma Evinin tabeliyində olan Niyazi adına Dövlət Simfonik Or­kestrinin, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin və Cahangir Cahangirov adına Xorun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Azərbaycan Televiziya və Radio Veriliş­ləri” Qapalı Səhmdar Cəmiyyəti ilə razı­laşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Səsyazma Evində fəaliyyət göstərən Ni­yazi adına Dövlət Simfonik Orkestri ştat vahidləri ilə birlikdə Azərbaycan Respub­likası Mədəniyyət Nazirliyinin tabeliyində­ki Heydər Əliyev Sarayına, Səid Rüstə­mov adına Xalq Çalğı Alətləri Orkestri və Cahangir Cahangirov adına Xor ştat vahidləri ilə birlikdə Azərbaycan Respub­likası Mədəniyyət Nazirliyinin tabeliyində­ki Beynəlxalq Muğam Mərkəzinə verilsin.

2. Bu Qərarın 1-ci hissəsinə əsasən həmin kollektivlərin cari ildə maliyyələş­dirilməsi Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsindən “Azər­baycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə ayrılan maliyyə yardımının strukturunda həmin musiqi kollektivlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş hədd çərçivəsin­də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında həyata keçi­rilsin. 

3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azər­baycan Respublikasının 2024-cü il və sonrakı üç il üçün dövlət büdcəsi layihə­sinin tərtibi zamanı aparılan islahatları nəzərə alsınlar və bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları