Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 393 Bakı şəhəri, 1 noyabr 2023-cü il

“Azərbaycan Respublikasında buğda toxumçuluğunun inkişaf etdirilməsi təd­birləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 iyun ta­rixli 139 nömrəli Qərarında dəyişiklik edil­məsi barədə 

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasında buğda toxumçuluğunun inkişaf etdirilməsi tədbirlə­ri haqqında” Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2008-ci il 19 iyun tarixli 139 nömrəli Qərarında (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 591; 2014, № 2, maddə 201; 2015, № 2, maddə 227; 2016, № 5, maddə 955; 2019, № 12, maddələr 2077, 2098; 2020, № 12 (V kitab), maddə 1589; 2021, № 5, maddə 512) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında “buğda” sözü “kənd təsərrüfatı bitkilərinin” sözləri ilə əvəz edilsin.

2. Preambula aşağıdakı redaksiyada ve­rilsin:

“Azərbaycan Respublikasında kənd təsərrüfatı bitkilərinin istehsalının dinamik inkişafına nail olmaq məqsədilə toxumçuluq sahəsinə dövlət dəstəyi daha da genişləndiril­miş və kənd təsərrüfatı bitkilərinin istehsalı­nın artırılmasına əsaslı zəmin yaradılmışdır.

Respublikada toxumçuluqla məşğul olan elmi müəssisə və təşkilatların fəaliyyətlərini tənzimləmək, onların maddi-texniki baza-la­rını möhkəmləndirmək, istehsalçıların toxu­ma olan tələbatlarını ödəmək və ölkədə kənd təsərrüfatı bitkilərinin istehsalının inkişafını təmin etmək məqsədilə Azərbaycan Respub­likasının Nazirlər Kabineti qərara alır:”.

3. 1.4-cü bənddə “buğda toxumunu isteh­sal edən Aqrar Elm Mərkəzinin təsərrüfatları və dövlət kənd təsərrüfatı istehsalı müəs­sisələri” sözləri “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin toxum istehsal edən elmi müəssisə və təşkilatları” sözləri ilə əvəz edilsin.

4. 2-ci hissədə “Aqrar Elm Mərkəzinin tabeliyində olan təsərrüfatların, dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin və özəl buğda toxumçuluq təsərrüfatlarının” sözləri “toxum istehsal edən elmi müəssisə və təşki­latlarının, özəl toxumçuluq təsərrüfatlarının” sözləri ilə, “aqroservis xidmətlərinin” sözlə­ri “aqrotexniki xidmətlərin” sözləri ilə əvəz edilsin. 

5. 3-cü hissə üzrə:

5.1. 3.1-ci bənddə “servis xidmətlərinin” sözləri “aqrotexniki xidmətlərin” sözləri ilə əvəz edilsin;

5.2. 3.2-ci bənddə “Aqrar Elm Mərkəzi­nin tabeliyində olan təsərrüfatlar, dövlət kənd təsərrüfatı istehsalı müəssisələri və” sözləri “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin toxum istehsal edən elmi müəs­sisə və təşkilatları,” sözləri ilə, “servis xid­mətlərinin” sözləri “aqrotexniki xidmətlərin” sözləri ilə əvəz edilsin;

5.3. 3.3-cü bənddə “Aqrar Elm Mərkəzi­nin təsərrüfatlarında” sözləri “toxum istehsal edən elmi müəssisə və təşkilatları tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti­nin təsdiq etdiyi kvota əsasında” sözləri ilə əvəz edilsin və həmin bəndə “başa çatdıqda” sözlərindən sonra “dövlət büdcəsinin vəsaiti hesabına” sözləri əlavə edilsin;

5.4. 3.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3.4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin toxum istehsal edən elmi müəssisə və təşkilatları tərəfindən Azər­baycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi kvota əsasında istehsal edilən elit toxumlar istehsal xərclərinin 70 faizindən yuxarı olmayan qiymətə toxumçuluq təsər­rüfatlarına satılır və əldə edilən vəsait həmin elmi müəssisə və təşkilatların işçilərinin so­sial müdafiəsinin və maddi-texniki bazasının gücləndirilməsinə yönəldilir.”.

5.5. 3.5-ci bənddə “Azərbaycan Respub­likası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzi” sözləri “Azərbaycan Respub­likasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin;

6. 5-ci hissədə “Nazirliyin yanında olan” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında” sözləri ilə, “, tabeliyində olan Aqrar İnnovasiya Mərkəzin­də, habelə dövlət müəssisələrində” sözləri “və Azərbaycan Respublikası Kənd Təsər­rüfatı Nazirliyinin toxum istehsal edən elmi müəssisə və təşkilatlarında” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları