Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 394 Bakı şəhəri, 2 noyabr 2023-cü il

“Tədavüldən çıxarılmış pul nişanları­nın (saxta pul nişanları istisna olmaqla) məhv edilməsi Qaydaları”nın təsdiqi və “Tədavüldən çıxarılmış kağız və metal pul nişanlarının məhv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2018-ci il 30 iyul tarixli 333-25 nömrəli Qərarının ləğv edilməsi barədə

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli 237 nömrəli Fərmanının 2.4-cü bəndinə uyğun olaraq və “Tədavüldən çıxarılmış pul nişan­larının məhv edilməsi haqqında” Azərbay­can Respublikası Prezidentinin 2007-ci il 31 iyul tarixli 2293 nömrəli Sərəncamının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 avqust tarixli 4025 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrası­nı təmin etmək məqsədilə Azərbaycan Res­publikasının Nazirlər Kabineti qərara alır:

1. “Tədavüldən çıxarılmış pul nişanları­nın (saxta pul nişanları istisna olmaqla) məhv edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olu­nur).

2. “Tədavüldən çıxarılmış kağız və metal pul nişanlarının məhv edilməsi Qaydaları”­nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 iyul tarixli 333-25 nömrəli Qərarı ləğv edilsin.

3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Preziden-tinin 2023-cü il 6 ok­tyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının nor­mativ hüquqi aktlarının layihələrinin hazır­lanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”­nin 3.5-ci bəndinə uyğun edilə bilər. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları