Ərzaq təhlükəsizliyinin yolu məhsul bolluğundan keçir

post-img

Bu məqsədlə dövlət büdcəsindən gələn il 503 milyon manat vəsait ayrılacaq

Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında gələn il büdcədən ərzaq təhlükəsizliyi tədbirləri üçün 503 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb. Bu vəsait hesabına fermerlərə kənd təsərrüfatı istehsal vasitələrinin alınması, subsidiyaların verilməsi, lizinq yolu ilə texnikaların satılması və digər tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulub.

“Ərzaqlıq buğda ilə özünütəminet­mə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2022-ci il 19 iyul tarixli Fər­manı ilə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxal olunan buğdadan asılılığın azaldılması və yeni tənzimləmə mexanizmlərinin yaradılması hesabına ərzaqlıq buğda ilə özünütəminetmə sə­viyyəsinin yüksəldilməsi sahəsində təd­birlərin həyata keçirilməsi məqsədilə 60 milyon manat vəsait ayrılacaq.

Respublikada ərzaq təhlükəsizliyinin gerçəkləşdirilməsi məqsədilə müəyyən­ləşdirilən vəzifələrə uyğun olaraq bu il də kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikası qeydə alınıb. İlin ötən 9 ayı ərzində aqrar sahə üzrə 3 faiz, o cümlə­dən bitkiçilikdə 2,5 faiz, heyvandarlıqda 3,5 faiz artım olub.

Ümumiyyətlə, daxili bazar tələbinin əhəmiyyətli şəkildə yüksəlməsi fonunda ölkəmizin ərzaq təhlükəsizliyi göstəricilə­ri məqbul səviyyəyə çatıb. İlk növbədə, yerli istehsal potensialının gücləndirilmə­si hesabına əsas ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsi yaxşılaşıb. Hazırda kənd təsərrüfatı meyvə-tərəvəz, bostan məhsulları və yumurta üzrə res­publikanı tam təminetmə potensialına malikdir. Əhalinin tələbatının daha yük­sək olduğu ət və ət məhsulları üzrə özü­nütəminetmə səviyyəsi 2022-ci ildə 86 faizə, süd və süd məhsulları üzrə isə 83 faizə çatıb.

Həmçinin torpaq–iqlim potensialın­dan və su ehtiyatlarından daha səmərəli istifadəni stimullaşdırmaq, ərzaqlıq buğ­da ilə özünütəminetmə səviyyəsinin yük­səltmək üçün Prezident İlham Əliyevin 2022-ci il iyulun 9-da imzaladığı “Ərzaq­lıq buğda ilə özünütəminetmə səviyyəsi­nin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanla yeni dəstək mexa­nizmi yaradılıb. Bu mexanizmə görə, artıq cari ildən pivot suvarma tətbiq edil­məklə istehsal olunaraq Dövlət Ehtiyatla­rı Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya görə məhsul subsidiyasının ödənilməsinə başlanılıb. 

Kənd Təsərrüfatı Nazirliyinin məlu­matına görə, bu il ölkədə pivot suvarma sistemləri ilə 100 min ton ərzaqlıq buğda yetişdirilib. Bu qədər məhsul adıçəkilən sistemin mövcud olduğu 22 min hektar ərazidə ərsəyə gətirilib. Gələn il bu cür daha 14 min hektar ərazidə ərzaqlıq buğ­da yetişdirilməsi nəzərdə tutulub. Artıq pivot suvarma sistemləri mövcud olduğu ərazilərin 150 min hektara çatdırılması planlaşdırılıb. 

Yeri gəlmişkən, dövlət başçısının müvafiq fərmanına görə, əsasən müa­sir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunan, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirman­larına təhvil verilən ərzaqlıq buğdanın hər tonu üçün istehsalçılara 100 manat məhsul subsidiyası ödənilib. Ümumilik­də, aqrar sahəyə ayrılan subsidiyaların və güzəştlərin həcmi 2007-2022-ci illər ərzində nominal ifadədə 10 dəfəyə yaxın artaraq 450 milyon manat olub.

Aqrar sahəyə göstərilən dövlət dəstəyinin nəticəsi olaraq son illərdə texnika parkının yenilənməsi, aqrotex­niki xidmətlərə əlçatanlığın reallaşması məsələləri diqqət mərkəzində saxlanılıb və toxum, gübrə və pestisid kimi istehsal vasitələri ilə təminat səviyyəsi yüksəlib, kənd təsərrüfat sahəsinin infrastruktur və təchizat bazası genişlənib.

Kənd təsərrüfatı sistemində idarəet­mənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı son illərdə həyata keçirilən mühüm təd­birlər sırasında aqroparkların yaradıl­masına mühüm önəm verilib. Bu yöndə Prezident İlham Əliyevin müvafiq fər­manı ilə dövlət–özəl tərəfdaşlığı mexa­nizmləri əsasında ölkəmizdə kənd təsər­rüfatı məhsulları istehsalı, ilkin emalı və satışının mütərəqqi forması kimi bu cür aqrar müəssisələrin qurulması geniş vüsət alıb. Aqroparkların formalaşdırıl­ması və fəaliyyəti çərçivəsində aqrobiz­nes sahələrinə sərmayə yatırımı da həm müvafiq infrastrukturun yaradılmasına dövlət tərəfindən investisiya qoyulması, həm də güzəştli kreditlərin verilməsi ilə stimullaşdırılıb.

Qarabağ və Şərqi Zəngəzurun ölkə­mizin kənd təsərrüfatına reinteqrasiyası istiqamətində mühüm layihələr həyata keçirilməsi də qarşıya prioritet vəzifə kimi qoyulub. Bu məqsədlə 2022/2023-cü illər mövsümündə artıq 70 min hektardan çox sahə əkinə cəlb edilib. Qısa müddət ər­zində bu regionlar üzrə əkin dövriyyəsinə cəlb edilməsi proqnozlaşdırılan sahələrin az qala yarısında təsərrüfat işlərinin apa­rılması üçün tələb olunan texnika və digər istehsal vasitələri ilə təminatın yüksək səviyyədə gerçəkləşdirilməsi təcrübəsi yaradılıb. Eyni zamanda, azad olunan ərazilərdə taxıl əkininin müasir texnologi­yalardan istifadə olunmaqla həyata keçi­rilməsi üçün minlərlə hektar sahəni əhatə edəcək pivot suvarma infrastrukturunun qurulmasına başlanılıb.

Ümumilikdə isə, ilkin qiymətləndi­rimələrə görə, Qarabağ və Şərqi Zən­gəzurun işğala məruz qalan ərazilərində məskunlaşma, bərpa və inteqrasiya pro­sesləri başa çatdıqdan sonra, təqribən, 150 min hektar əkin sahəsinin dövriyyəyə cəlb olunması nəzərdə tutulub. Eyni za­manda, mövcud əkin strukturu nəzərə alınmaqla bu əkin sahələrinin təqribən 100 min hektarının taxıl məhsullarının istehsalına cəlb ediləcəyi planlaşdırılıb. 

Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert

Son illərdə ölkəmizdə ərzaq təh­lükəsizliyi məsələsi daha da aktual­laşıb. Bu, əsasən, dünyada nəzərə çarpan iqtisadi–siyasi təlatümlərlə, idxal-ixrac əməliyyatlarında yaranan problemlərlə bağlı olub. Respublikada narahatlıq doğurun bu amil nəzərə alı­naraq məsələ ilə əlaqədar kənd təsər­rüfatında daxili potensialın hərəkətə gətirilməsinə xüsusi önəm verilib. Bu­nun üçün, ilk növbədə, ərzaq təhlükə­sizliyinin gücləndirilməsi üçün yerli istehsal resurslarının və infrastruktur təminatının inkişafı məsələsi önə çə­kilib. 

Bununla bərabər, son illər əsas ərzaq məhsullarının, o cümlədən ər­zaqlıq buğdanın tədarükü və emalı ilə məşğul olan sahibkarlara güzəştli şərtlərlə kreditlər, faiz subsidiyala­rı və vergi-gömrük güzəştləri verilib. Məsələn, təkcə ötən il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi ola­raq ərzaq təhlükəsizliyinin təmin edil­məsi ilə bağlı tədbirlərin maliyyələşdi­rilməsi üçün 540 milyon manat vəsait sərf olunub. 

Bu məsələ gələn ilin icmal və döv­lət büdcələri üzrə layihələrin təqdima­tında da öz ifadəsini tapıb. Belə ki, 2024-cü ildə ölkəmizin ərzaq təhlükə­sizliyi tədbirləri üçün 503 milyon manat proqnozlaşdırılıb. 

“Ərzaqlıq buğda ilə özünütəmi­netmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azər­baycan Prezidentinin 2022-ci il 19 iyul tarixli Fərmanı ilə ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxal olunan buğdadan asılılığın azaldıl­ması və yeni tənzimləmə mexanizm­lərinin yaradılması hesabına ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsi­nin yüksəldilməsi sahəsində tədbirlə­rin həyata keçirilməsi məqsədilə 60 milyon manat vəsait ayrılacaq. Həmin sənədin icrası ilə əlaqədar pilot layih əolaraq müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götür­müş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinəvəun dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya məhsul subsidiyasının tət­biqi, ərzaqlıq buğda əkilən sahələrdə qurulacaq suvarma sistemləri dəsti və avadanlıqlarına güzəştin tətbiqi və s. nəzərdə tutulur.

V.BAYRAMOV
XQ



İqtisadiyyat