2025-ci il oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları (bank və qeyri-bank birlikdə) 31 milyard 41,8 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 6 faiz çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, 2024-cü il oktyabr ayının 1-i ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 2 milyard 637,2 milyon manat və ya 9,3 faiz artıb. Hesabat dövründə dövlət bankları tərəfindən kredit qoyuluşları 7 milyard 590,2 milyon manat, özəl banklar tərəfindən 21 milyard 686,1 milyon manat, qeyri-bank kredit təşkilatları tərəfindən isə 1 milyard 765,5 milyon manat təşkil edib.
Xatırladaq ki, oktyabrın 1-nə bankların kredit portfelinin həcmi 29 milyard 276,3 milyon manata bərabər olub ki, bunun da 15 milyard 544,6 milyon manatı biznes kreditləri, 9 milyard 183,5 milyon manatı istehlak kreditləri, 4 milyard 548,2 milyon manatı isə ipoteka kreditləri olub.

