Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 392 Bakı şəhəri, 31 oktyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 214 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təchizat Normaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəh­bər tutaraq, “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi gey­im forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 iyul tarixli 2202 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 214 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 940; 2015, № 2, maddə 240; 2022, № 1, maddə 81) ilə təsdiq edilmiş “Azərbaycan Respub-likası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təchizat Nor­maları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.        Aşağıdakı məzmunda 1.6-1, 1.9-1, 1.11-1, 1.17-1, 1.18-1, 1.18-2, 1.19-1, 2.5-1, 2.8-1, 2.10-1, 2.17-1, 2.18-1–2.18-3-cü bəndlər əlavə edilsin:

2.       

 1.6-1.
Tünd mavi rəngli yaz-payız, yay və qış beysbolkası 
1 ədəd

(hər birindən)
2 il
1.9-1.
Tünd mavi rəngli kapüşonlu gödəkcə
1 ədəd
5 il
1.11-1.
Tünd mavi rəngli yaz-payız gödəkcəsi 
1 ədəd
2 il
1.17-1.
Açıq mavi rəngli uzunqol köynək
2 ədəd
2 il
1.18-1.
Açıq mavi rəngli üçdüymə köynək
2 ədəd
1 il
1.18-2.
Kişi və qadınlar üçün kapüşonlu gödəkcə, yaz-payız gödəkcəsi və ya ətəyi düz uzunqol köynəklə geyinilən tünd mavi rəngli şalvar 
1 ədəd
2 il
1.19-1.
Kişi və qadınlar üçün üçdüymə köynəklə geyinilən tünd mavi rəngli yay şalvarı
1 ədəd
2 il
2.5-1.
Tünd mavi rəngli yaz-payız, yay və qış beysbolkası 
1 ədəd

(hər birindən)
2 il
2.8-1.
Tünd mavi rəngli kapüşonlu gödəkcə
1 ədəd
5 il
2.10-1.
Tünd mavi rəngli yaz-payız gödəkcəsi 
1 ədəd
2 il
2.17-1.
Açıq mavi rəngli ətəyi qurşaqlı uzunqol köynək
2 ədəd
2 il
2.18-1.
Açıq mavi rəngli üçdüymə köynək
2 ədəd
1 il
2.18-2.
Kişi və qadınlar üçün kapüşonlu gödəkcə, yaz-payız gödəkcəsi və ya ətəyi düz uzunqol köynəklə geyinilən tünd mavi rəngli şalvar 
1 ədəd
2 il
2.18-3.
Kişi və qadınlar üçün üçdüymə köynəklə geyinilən tünd mavi rəngli yay şalvarı
1 ədəd
2 il
 

 

 

3. 3.10-cu bənd ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları