Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 361 Bakı şəhəri, 10 oktyabr 2023-cü il 

Azərbaycan Respublikası Nazir­lər Kabinetinin “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 24 may tarixli 75 nömrəli, “İctimai əhəmiyyət­li funksiyaları yerinə yetirən hüquqi şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2016-cı il 1 sentyabr tarix­li 338 nömrəli, “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 27 no­yabr tarixli 460 nömrəli və “Dərman vasitələrinin farmakonəzarət Qay­dası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 25 dekabr tarixli 503 nöm­rəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “İpoteka haqqın­da”, “Azərbaycan Respublikasında səfər­bərlik hazırlığı və səfərbərlik haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələ­rin və onların prekursorlarının dövriyyə­si haqqında”, “İnzibati icraat haqqında”, “Dərman vasitələri haqqında”, “Əmanət­lərin sığortalanması haqqında”, “Dövlət borcu haqqında”, “İnsanın immunça­tışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Res­publikasının qanunlarında dəyişiklik edil­məsi barədə” Azərbaycan Respublikası­nın 2023-cü il 17 fevral tarixli 813-VIQD nömrəli Qanununun tətbiqi və Azərbay­can Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mül­kiyyətində olan və ya paylarının (səhm­lərinin) nəzarət zərfi dövlətə və ya bələ­diyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın apa­rılması Qaydası”nda dəyişiklik edilmə­si haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 aprel tarixli 2091 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 391; 2005, № 4, maddə 377, № 6, maddə 548; 2007, № 2, mad­dələr 197, 201; 2008, № 2, maddə 105, № 9, maddə 862; 2009, № 11, mad­də 936; 2012, № 1, maddə 44; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955, № 9, maddə 1596; 2017, № 6, maddə 1237, № 10, maddə 1934, № 11, mad­dələr 2153, 2159; 2018, № 4, maddə 782, № 10, maddə 2181, № 12 (II kitab), mad­də 2750; 2019, № 3, maddə 539, № 6, maddə 1143, № 7, maddə 1337, № 12, maddə 2079; 2020, № 4, maddə 492; 2023, № 2, maddə 293; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 27 iyul tarixli 242 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın 7.15-ci bəndinin üçüncü cümləsində “kütləvi informasiya vasitələrini” sözləri “media subyektlərini” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 338 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1566; 2017, № 2, maddələr 287, 321; 2022, № 5, maddə 574) ilə təsdiq edilmiş “İctimai əhəmiyyət­li funksiyaları yerinə yetirən hüquqi şəxs­lərin Siyahısı”nın 9-cu hissəsində “Kütlə­vi informasiya vasitələri” sözləri “Media” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1880) ilə təsdiq edilmiş “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 7.3-cü bəndində “KİV-dən” sözləri “mediadan” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 2084; 2020, № 12 (V kitab), maddə 1613; 2021, № 9, mad­də 1055; 2022, № 10, maddə 1221) ilə təsdiq edilmiş “Dərman vasitələrinin far­makonəzarət Qaydası”nda aşağıdakı də­yişikliklər edilsin:

4.1. 3.5-ci bənddə “KİV-dən” sözləri “mediadan” sözü ilə əvəz edilsin;

4.2. 7.1.15-ci yarımbənddə “KİV-dən” sözləri “Mediadan” sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları