Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 364 Bakı şəhəri, 11 oktyabr 2023-cü il 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 21 aprel tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarə­tinin təşkili, dövlət baytarlıq nəzarətin­də olan yüklərin Azərbaycan Respub­likasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Mə­cəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azər­baycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 868-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Polis haqqında” Azərbaycan Respubli­kası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 11 noyabr tarixli 205 nömrəli, “Baytarlıq haqqında” Azərbaycan Res­publikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilmə­si barədə” 2007-ci il 22 may tarixli 580 nömrəli fərmanlarında dəyişiklik edilmə­si haqqında” Azərbaycan Respublika­sı Prezidentinin 2023-cü il 7 iyun tarixli 2174 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 21 aprel tarixli 66 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 283; 2010, № 1, maddə 66; 2013, № 5, maddə 584; 2015, № 2, maddə 227; 2018, № 12 (II kitab), mad­də 2722; 2020, № 9, maddə 1222; 2022, № 4, maddə 407; 2023, № 4, maddə 569) ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət bay­tarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxi­lində daşınması Qaydaları”na aşağıdakı məzmunda 2.5-ci bənd əlavə edilsin:

“Ərazisində heyvanların xüsusi təh­lükəli xəstəliklərinin baş verməsi qeydə alınan xarici ölkələr və idxalı qadağan olunmuş mallar barədə məlumatlar Azər­baycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin informasiya sistemi vasitə­silə real vaxt rejimində Azərbaycan Res­publikası Dövlət Gömrük Komitəsinin in­formasiya sisteminə ötürülür.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları