Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 365 Bakı şəhəri, 11 oktyabr 2023-cü il 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 oktyabr tarixli 375 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti­nin Nizamnaməsi”ndə dəyişiklik edil­məsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Mə­cəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Res­publikasının Vergi Məcəlləsində, Azər­baycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublika­sının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində və Azərbaycan Respubli­kasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respubli­kasının 2023-cü il 17 fevral tarixli 807-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 oktyabr tarixli 375 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1694; 2019, № 4, maddə 756; 2020, № 5, maddə 653, № 7, maddə 964; 2022, № 2, maddə 187; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 iyul tarixli 248 nömrəli Qərarı) ilə təsdiq edilmiş 1 nöm­rəli əlavə - “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 6.7-ci bəndində “kütləvi informasiya vasitələ­rində” sözləri “mediada” sözü ilə əvəz edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları