Gövhər Beydullayeva Sardiniyada dünya çempionu oldu

post-img

İtaliyanın Sardiniya adasında 20 yaşa qədər şahmatçılar arasında rapid üzrə dünya çempionatı keçirilib.

XQ Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, şahmatçımız Gövhər Beydullayeva  dünya çempionatında tarixi uğura imza atıb. Gövhər 9 oyundan 11 xal toplayaraq çempionatı birinci pillədə başa vurub. Ölkəmizin digər şahmatçısı Məhəmməd Muradlı 6,5 xalla 13-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, bu gün İtaliyada blits üzrə dünya çempionatı start götürəcək.

Elçin ABBASOV
XQ

İdman