AVRO-2024: Türkiyə qrup lideridir

post-img

Dünən AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində VII tur start götürüb.  İlk oyun günündə 4 qrupun qarşılaşması keçirilib.

XQ Türkiyə mediasına istinadən xəbər verir ki, "A" qrupunun lideri Şotlandiya səfərdə ən yaxın izləyicisi İspaniyaya 0:2 hesabı ilə məğlub olub.

"D" qrupunda yer alan Türkiyə yığması isə səfərdə Xorvatiyanın qonağı olub. "Ay-ulduzlular" rəqibi minimal hesabla (1:0) üstələyək liderliyə yüksəliblər. Hazırda Türkiyə 13 xalla qrup lideridir.

Elçin ABBASOV
XQ

İdman