Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 118 Bakı şəhəri, 18 aprel 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2010-cu il 1 iyul tarixli 129 nöm­rəli Qərarı ilə təsdiq edilmiş “Doktorantura­ların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzası­nı rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabi­neti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2010, № 7, maddə 695; 2013, № 10, maddə 1228; 2014, № 1, maddə 56; 2017, № 4, maddə 666; 2018, № 11, mad­də 2431; 2019, № 2, maddə 357, № 11, maddə 1863; 2020, № 1, maddə 67; 2021, № 2, mad­də 205, № 3, maddə 286, № 6 (IV kitab), mad­də 665; 2022, № 12, maddə 1552; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 6 nömrəli və 7 mart tarixli 74 nömrəli qərarları) ilə təsdiq edilmiş “Dok­toranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 3.10-1-ci bəndinin üçün­cü abzasına “TOEFL,” akronimindən sonra “Cambridge English Qualifications,” sözləri əlavə edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları