Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 111 Bakı şəhəri, 14 aprel 2023-cü il

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəa­liyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edil­məsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliy­yətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nöm­rəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1146; 2021, № 8, maddə 967, № 11, maddə 1276; 2022, № 4, maddə 422, № 5, maddə 574, № 8, maddə 966) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin: 

“3-1. Bu Qərar “Azərbaycan İnvestisi­ya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezi­dentinin 2020-ci il 5 noyabr tarixli 1174 nöm­rəli Fərmanına uyğun olaraq Azərbaycan İn­vestisiya Holdinqinin idarəetməsinə verilmiş hüquqi şəxslərə şamil edilmir.”.

2. Həmin Qərarla təsdiq edilmiş “Pay­larının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”­nın 1.3-1-ci bəndi ləğv edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları