Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 112 Bakı şəhəri, 14 aprel 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati­orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il28 avqust tarixli 136 nömrəli, “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli, “Gömrük orqanlarının vəzi­fəli şəxslərinin attestasiyasının keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2017-ci il 28 noyabr tarixli 517 nömrəli və “Azərbaycan Respublikasının aeroportların­da (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifə­li şəxslərinin Siyahısı”nın, “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəx­slər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xid­mətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nın və “Azərbaycan Respublikasının aeroportlarında (hava li­manlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nü­mayəndə heyətləri salonlarından istifadə Qaydaları”nıntəsdiq edilməsi haqqında” 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edil­məsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqın­da” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 1891 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861, № 9, maddə 923, № 10, maddə 1021, № 12, maddə 1331; 2009, № 1, mad­dələr 22, 32, № 2, maddə 150, № 4, maddələr 282, 293, № 8, maddələr 674, 675, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 2, maddələr 146, 161, № 11, maddə 1040; 2011, № 1, mad­də 54, № 5, maddə 447, № 9, maddə 855; 2012, № 5, maddə 475, № 8, maddə 817, № 10, maddə 1028, № 11, maddə 1204, № 12, maddələr 1363, 1388; 2013, № 1, maddə 73, № 8, mad­dələr 1015, 1038, № 10, maddə 1219; 2014, № 1, maddə 69, № 3, maddə 312, № 6, maddə 736, № 7, maddə 918, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 612, № 6, maddə 799, № 11, maddə 1413; 2016, № 2 (II kitab), maddə 381, № 4, maddələr 781, 831, № 5, maddə 955, № 7, maddə 1342, № 8, maddələr 1439, 1450, № 9, maddələr 1583, 1585, 1588, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, mad­dələr 283, 295, 310, № 5, maddə 972, № 8, maddə 1610, № 10, maddə 1920; 2018, № 2, maddə 335, № 3, maddələr 577, 626, № 7 (II kitab), maddə 1654, № 10, maddələr 2142, 2161; 2019, № 1, maddə 159, № 3, maddələr 529, 563, 565, № 4, mad­də 743, № 5, maddələr 944, 972, № 12, maddələr 2064, 2068; 2020, № 2, maddə 204, № 5, maddə 652, № 7, maddə 1005, № 10, maddə 1311, № 11, maddə 1413; 2021, № 2, maddə 203, № 3, maddə 280, № 8, maddə 965, № 11, maddə 1280; 2022, № 4, maddələr 375, 379, 384, 412, № 6, maddə 686, № 7, mad­də 810, № 8, maddələr 974, 1024, № 12, maddə 1552; Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 yanvar tarixli 20 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 21-ci hissəsində aşağıdakı dəyişiklik­lər edilsin:

1.1. birinci abzasdan “Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi” sözləri çıxarılsın;

1.2. aşağıdakı məzmunda 21.1.1.1-1-ci yarımbənd əlavə edilsin:

21.1.1.1-1. Naxçıvan Baş Gömrük İdarəsi

1.3. 21.2-ci bənd ləğv edilsin. 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115; 2009, № 2, maddə 153, № 4, maddə 282, № 7, maddələr 605, 610, № 8, maddələr 674, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 1, maddə 60, № 2, maddələr 146, 161, № 10, maddələr 906, 912, № 11, maddə 1040; 2011, № 1, maddə 66, № 5, maddə 446, № 9, maddələr 856, 862; 2012, № 5, maddə 479, № 8, mad­də 818, № 10, maddə 1027, № 11, maddə 1205; 2013, № 1, maddə 74, № 8, maddələr 1014, 1037; 2014, № 1, maddə 69, № 3, maddə 313, № 6, maddə 736, № 7, maddə 919, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 611, № 6, maddə 800, № 11, maddə 1414; 2016, № 1, maddə 171, № 2 (II kitab), maddə 382, № 3, maddə 608, № 4, maddələr 782, 831, № 5, maddə 955, № 7, maddə 1343, № 8, maddələr 1440, 1450, № 9, maddələr 1584, 1585, 1587, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 282, 296, 311, № 5, maddə 972, № 8, maddə 1611, № 10, maddələr 1921, 1922, № 11, mad­də 2186; 2018, № 2, maddə 336, № 3, maddələr 578, 625, 631, № 7 (II kitab), maddə 1655, № 10, maddələr 2142, 2161; 2019, № 1, maddə 160, № 3, maddələr 529, 563, 565, № 4, maddə 743, № 5, maddələr 944, 972, № 12, maddələr 2064, 2068, 2106; 2020, № 2, maddə 204, № 5, maddə 652, № 10, maddə 1306, № 11, maddə 1413; 2021, № 2, maddə 203, № 3, maddə 276, № 4, maddə 420, № 6 (IV kitab), maddə 695, № 11, mad­də 1280, № 12, maddə 1508; 2022, № 4, maddələr 375, 379, 384, 412, № 5, maddə 577, № 6, maddə 686, № 7, maddə 811, № 8, maddə 1023, № 9, maddə 1083, № 12, maddə 1552; Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 yanvar ta­rixli 20 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət orqanlarının apa­ratının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nın “Naxçıvan Muxtar Respublikası üzrə:” his­səsindən “Dövlət Gömrük Komitəsinin Aparatı” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 28 noyabr tarixli 517 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2179) ilə təsdiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi Qaydası”nın 1.8-ci bəndi ləğv edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1189; 2022, № 7, maddə 811) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonların­dan istifadə Qaydaları”nın 1.4-cü və 1.6-cı bəndlərində “Naxçı­van Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi” sözləri “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi” sözləri ilə əvəz edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri


 

Nazirlər kabinetinin qərarları