Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 109 Bakı şəhəri, 14 aprel 2023-cü il

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edil­məsi barədə” Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2016-cı il 11 may tarixli 187 nömrəli Qərarının ləğv edilməsi haqqında

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublika­sı Prezidentinin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2514 nömrəli Sərəncamının 2-ci hissəsinin icrası ilə əlaqədar Azərbaycan Respub­likasının Nazirlər Kabineti qərara alır: 

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2016-cı il 11 may tarixli 187 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2016, № 5, maddə 947; 2019, № 4, maddə 756, № 5, maddə 965, № 12, maddə 2060; 2020, № 4, maddə 499, № 5, maddə 653, № 11, maddə 1400, № 12 (V kitab), maddə 1599) ləğv edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları