Dilimizin özəlliklərini qorumaq hər kəsin borcudur

post-img

1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Milli düşüncə tərzinin inkişafında müstəsna rol oynayan dil hər bir xalqın ən qiymətli sərvəti, ən ülvi yadigarı və qürur mənbəyidir. Millətin dili onun təfək­kürünün, həyat tərzinin ifadə formasıdır. Müstəqil dövlətimiz möhkəmlən­dikcə milli ideologiyamızın mühüm tərkib hissəsi olan dilimiz də zənginləşir, inkişaf edir.

Ümummilli lider Heydər Əliyevin2001-ci il 9 avqust tarixli fərmanına əsasən hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Ulu öndər həmin tarixi sənədi latın qrafi­kalı Azərbaycan əlifbasına keçidin ölkə­mizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadə­nin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixin­də mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ərəfəsində Azərbaycan Res­publikasının Dövlət Dil Komissiyası ya­nında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyevanın bu mövzuda fikirlərini öyrəndik. Bildiyimiz kimi, bu mərkəz Prezident İlham Əliyevin imzala­dığı “Azərbaycan dilinin saflığının qorun­ması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fər­mana əsasən Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edilməsi, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasının təmin edilməsi məqsədilə yaradılıb. Müsahibəni təqdim edirik:

– Sevinc xanım, əvvəla, bayramınız mübarək! Sizin rəhbərlik etdiyiniz qu­rumun dövlətin dil siyasətinə uyğun ola­raq ardıcıl monitorinqlər aparmaqla, dil normalarının pozulması hallarının azaldılması və aradan qaldırılması yö­nümündə təsirli tədbirlər gördüyü mə­lumdur. Zəhmət olmasa, öncə fəaliyyəti­nizin əhatə etdiyi sahələrdən danışın. 

– Təşəkkür edirəm. Bizim mərkəz fəa­liyyət göstərdiyi müddət ərzində dövlət dilinin tətbiq olunduğu müxtəlif sahələr­də – televiziya, radio və internet məka­nında, çap və elektron mediada, eləcə də açıq məkan reklamları, dublyaj filmləri və mahnıların dili üzərində monitorinqlər aparmış və qeydə alınmış nəticələr 8 he­sabat kitabında toplanılaraq ictimaiyyətə və aidiyyəti qurumlara təqdim edilmişdir. Başlıca məramımız budur ki, milli kimli­yimizi təsdiqləyən əsas amillərdən sayılan ana dilimiz saf, təmiz və mümkün qədər yabançı təsirlərdən uzaq olsun. Sadaladı­ğım sahələrin hər birində dil normalarına ciddi riayət olunmasını daimi nəzarətdə saxlamağa çalışırıq.

– Mümkünsə, ayrı-ayrı sahələrdə monitorinqlərin müəyyən xarakteristi­kasını verin.

– Saytların monitorinqindən başlayaq. Mərkəzimizdə ilk olaraq 60-dan çox saytın dili üzərində monitorinq aparılıb, “Sayt­ların monitorinqi ilə bağlı hesabat” kitabı 2021-ci ildə nəşr olunub. Sözügedən mo­nitorinqin nəticələri ilə bağlı statistikanı nəzərinizə çatdırmaq istəyirik. Qeydə alın­mış 5500 dil faktından 3976-sı hesabata daxil edilib. 

Mərkəz 2023-cü ildə saytları 2-ci dəfə monitorinqə cəlb edib və 52 saytda ədəbi dil normalarının pozulması hallarına aid xeyli fakt aşkarlanıb. Qeydə alınmış 4500 dil faktının 80 faizi hesabata daxil edilib. Statistikadan da göründüyü kimi, saytlar üzərində aparılmış ilk monitorinqlərə nis­bətən müəyyən irəliləyişlər olsa da, vəziy­yət hələ də qənaətbəxş deyil.

– Bəs bu gün əsas nitq mədəniyyəti kürsüsü sayılan, yüksək kommunikativ imkanları və texniki təchizatı olan, ən əsası, ətrafına geniş tamaşaçı auditori­yası toplayan televiziyalar? 

– Televiziya məkanında nitq qüsurları xüsusilə yolverilməzdir. Mərkəz bu sahədə 2022-ci ildə dil monitorinqi aparıb və “Te­leviziyaların dili monitorinq aynasında”ad­lı hesabat kitabını dərc edib. 12 televiziya kanalının monitorinqinə həsr olunmuş kitabda aparıcı, müxbir, ekspert və qonaq­ların nitqində müşahidə edilmiş norma po­zuntuları, üslub və ifadə yanlışlıqları, eləcə də titrlərdə və dublyaj olunmuş filmlərdə yol verilmiş xarakterik səhvlər qeydə alı­nıb. Təəssüf ki, monitorinq zamanı kobud orfoepik qüsurlara, səslərin öz məxrəcin­dən kənar tələffüzünə, vurğunun yerində işlədilməməsi hallarına tez-tez rast gəldik. Yanlış işlədilən söz və ifadələr, qrammatik forma və əlaqələr, dilimizdə qarşılığı ol­duğu halda, istifadə olunan əcnəbi leksik vahidlər, dilimizə yad olan intonasiya və cümlə tipləri monitorinq zamanı təəssüf doğuran məqamlardan olub. Üslubi baxım­dan qüsurlu qurulan cümlələr, buraxılan və ya izafi işlədilən söz və ifadələr, fərdi lüğət ehtiyatının zəifliyi səbəbindən yol verilən təkrarlar aşkarladığımız üslubi yalnışlıq­lardan bir neçəsidir.

Sözügedən monitorinq zamanı qeydə alınmış 6 min dil faktından 4753-ü hesaba­ta daxil olunub. Yeri gəlmişkən, mərkəz te­leviziya kanallarının dili üzərində 2-ci dəfə aparılmış monitorinqin nəticələrini yaxın vaxtlarda ictimaiyyətə təqdim edəcək. 

– Media sferasında xüsusi yer tu­tan radioların və kütləvi auditoriyasi olan dublyaj filmlərinin monitorinqi nə göstərib?

– Məlumdur ki, radionun informasi­yanın operativ çatdırılması, ictimai şüu­run formalaşdırılması, eləcə də estetik və mənəvi dəyərlərin aşılanmasında müstəsna əhəmiyyəti var. Günümüzdə radio düzgün danışıq qaydalarını təbliğ edən nitq mədə­niyyəti tribunası olduğundan radio kanal­larının aparıcıları dövlət dilini mükəmməl bilməli, səlis nitqə malik olmalı və ədəbi dil normalarına əməl etməlidirlər. Dinləyi­ci ilə təsirli və aydın ünsiyyət qurmaq, in­formasiyanı daha anlaşıqlı çatdırmaq üçün də sadalananlar zəruri amillərdir. Bütün bunları nəzərə alaraq, mərkəz 2022-ci ildə respublikada fəaliyyət göstərən 11 radio yayımını monitorinqə cəlb edib. Aparıcı və qonaqların nitqindən qeydə alınmış 4500-ə yaxın dil faktından 3484-ü hesabata daxil olunub. Əlbəttə, çoxdur. 

Dublyaja gəlincə, milli telekanallarımı­zın qarşısında duran ən aktual məsələlər­dən biri də bu işin yüksək səviyyədə təş­kilidir. Dublyaj sənəti bədiiliklə yanaşı, tərcümə və dil məsələlərini ehtiva edir. Bu baxımdan, bədii film, serial, eləcə də sənədli və cizgi filmlərində Azərbaycan di­linin düzgün tətbiqi çox önəmlidir. Təəssüf ki, dublyaj olunan filmlərdə də yanlışlıqlar tendendiyası yox deyil. Bu isə ədəbi dili­mizə yad təsirlərin nüfuz etməsinə yol açır, nitq mədəniyyətini, necə deyərlər, axsadır. Dublyajların monitorinqi zamanı qeydə alınmış 350 dil faktından 302-si hesabata düşüb. Hazırda dublyaj filmlərinin moni­torinq nəticələrinə həsr olunan ikinci kitab nəşrə hazırlanır. 

– Qəzetlərdə vəziyyət necədir? 

– Dilin inkişafında çap mediasının rolu danılmazdır. Qəzetlərdə ədəbi dil normala­rından sapma hallarının müşahidə edilməsi bu sahədə də monitoriqin aparılmasını la­büd edib. İnişil ölkədə nəşr olunan müxtə­lif qəzetlər monitorinqə cəlb olunub, bir sıra orfoqrafik, leksik, qrammatik norma pozuntuları, eləcə də üslub və ifadə yanlış­lıqları qeydə alınıb. 

Biz mahnıların da monitorinqini apa­rırıq. Aparıcı musiqi janrı olan, dillərə düşən mahnılardan da, dilimizin incəlik­lərinə riayət edilməsini, gözəlliyi, ahəng­darlığı ehtiva etməsini umuruq. Mahnı yaradıcılığında söz, musiqi və ifa vəhdət təşkil edir, amma bəzən bu tələblərə önəm verilmir. Ötən il hazırladığımız “Mahnıla­rımız monitorinq aynasında” adlı hesabat kitabında bu barədə xeyli misal var: söz yığını, anlaşılmaz misralar, milli-mənəvi dəyərlərimizə zidd olan ifadələr və s. Bəsit məzmunlu mahnıların televiziya kanalla­rında tez-tez səsləndirilməsi tamaşaçıların haqlı iradına səbəb olmaqla yanaşı, böyü­yən nəslin mədəni-estetik zövqünü də kor­layır. Məhz bu səbəbdən kitabda təqdim olunan mahnı nümunələri təkcə ədəbi dil normaları üzrə deyil, məzmun və təqdima­tına görə də qruplaşdırılıb. 

– Dediniz ki, reklamların da monito­rinqi aparılır...

– Elədir. Bazar münasibәtlәrinin in­kişafında xüsusi rol oynayan reklamlar mәnәvi-estetik dәyәrlәrin aşılanması vәmaarifçilik işinin tәbliğ edilmәsi istiqamә­tindәmühüm әhәmiyyәtәmalik vasitәlәr­dәndir. İstehlakçı ilәәlaqәqurmaq, mәhsul vәxidmәt haqqında mәlumatı ona daha an­laşıqlı, sәlis bir dildәçatdırmaq üçün rek­lamların hazırlanmasında vacib olan digәr şәrtlәrlәyanaşı, Azәrbaycan әdәbi dilinin normalarına әmәl olunması da zәruri amil­lәrdәndir.

Günümüzdәgeniş auditoriyası, küt­lәviliyi və hәr kәs üçün әlçatanlığı ilәfәrqlәnәn açıq mәkan reklamları, әsasәn, qısa vәyığcam olmasına baxmayaraq, dilin aktiv tәbliğat vasitәlәrindәn biridir. Cәmiy­yәt hәyatının bütün sahәlәrinәnüfuz edәn reklamlar onu hazırlayan mütәxәssislәrin Azәrbaycan dili biliklәrinin sәviyyәsini göstәrmәklәyanaşı, dilimizin leksik-üslu­bi vәekspressiv-emosional vasitәlәrindәn istifadәetmәk bacarığını da nümayiş etdi­rir. Demәli, reklamlar hәmçinin şәhәrimi­zin dil mәnzәrәsini әks etdirәn aynadır. 

Bu gün açıq mәkan reklamlarının mәtnlәrindә, elan vәafişalarda, eləcə də televiziyalarda yayımlanan audiovizual reklamlarda sәhvlәrin olması, dilimizin üslubi imkanlarından yetәrincәistifadәedilmәmәsi, fonetik, leksik vәqramma­tik tәlәblәrin gözlәnilmәmәsi təəssüf do­ğurur. İstənilən qədər misal çəkmək olar. Buna aid monitorinqәhәsr etdiyimiz kita­bı ictimaiyyət böyük maraqla qarşılayıb. Əminik ki, hesabatlarımız, kitablarımız dil normalarına birmənalı əməl olunmasına bundan sonra da kömək edəcək. 

– Azərbaycan Əlifbası və ana dili gü­nündə tənqid çox olmadı ki?

– Bəlkə də, çox oldu. Amma bu da işin xeyri üçün deyilmi? Axı ana dilinin saflığını qorumaq hər birimizin borcudur. Ötən illər ərzində Monitorinq Mərkəzi daim ictimaiyyətlə əks-əlaqədə olmuş, dilimizin saflığının qorunması, düzgün tətbiqi, beynəlxalq aləmdə təbliği və s. bu kimi vacib məsələləri işıqlandırmaq məqsədilə müxtəlif televiziya və radio kanalları ilə əməkdaşlıq etmişdir. 2022-ci ilin aprelinədək ASAN Radioda yayım­lanan “Nitq mədəniyyəti” verilişi, may ayından Real Radiosunda gedən “Re­daktor” verilişi, ötən ildə Azərbaycan Televiziyasında başlanan “Sözün düzü” adlı yeni layihə bu mərama xidmət edib. Həmin verilişlərdə alimlər, müəllimlər, tədqiqatçılar, jurnalistlər və başqaları ilə müzakirələr aparılıb, dövlət dilinin tətbiqi sahəsindəki problemlər səsləndirilib, töv­siyələr verilib. 

Digər çoxsaylı layihələr, təlimlər, müsa­biqələr də bu məqsədə xidmət edir. Müxtəlif qurumlarla əməkdaşlıq faydalı olur. “Ana dilimiz və təhsil”, Azərbaycan dili və mə­dəniyyətimiz” “Ana dili və ziyalı təəssüb-keşliyi” kimi layihələr, “Heydər Əliyev İli” çərçivəsində tələbə və kursantlar ara­sında esse müsabiqələrini göstərmək olar. Mərkəzin xaricdə yaşayan soydaşlarımız və digər xalqların nümayəndələri arasında elan etdiyi esse müsabiqələri isə ölkə hü­dudlarından kənarda yaşayan azərbaycanlı ailələrdə milli düşüncəyə malik gənc nəs­lin yetişdirilməsini, çoxəsrlik mədəni, ta­rixi irsimizin təbliği və qorunmasını təmin etmək məqsədilə keçirilib.

Mərkəzin əməkdaşları televiziya ka­nallarında, radiolarda, qəzet səhifələrində daim qurumun fəaliyyət istiqamətlərinə aid olan sahələrdə doğma dilimizin tətbiqi məsələləri haqqında müntəzəm çıxışlar edirlər. 

– Sevinc xanım, onu da bilirik ki, mərkəzinizin əməkdaşları beynəlxalq və respublika səviyyəli elmi-praktik konfranslarda, seminar və “dəyirmi ma­sa”larda iştirak ediblər. Eyni zamanda, sosial şəbəkələrdə mərkəzin fəaliyyəti geniş əksini tapır. Bir neçə kəlmə də bu barədə danışın.

– Başqa cür mümkün deyil. Əməkdaş­lıq, qarşılıqlı təcrübə mübadilələri faydalı iş əmsalının daha da artmasına xidmət edir. Mərkəzin Azərbaycan və rus dillərin­də rəsmi saytı (https://monitorinqmerkezi.az) fəaliyyət göstərir. Sözügedən saytda mərkəzin fəaliyyətini əks etdirən xəbərlər, qurumun əməkdaşlarının məqalə və mü­sahibələri yer almış, həyata keçirilən la­yihələr haqqında geniş məlumat verilmiş­dir. Eləcə də mərkəzin feysbuk, instaqram platformaları, yutub kanalı da mövcuddur və onların vasitəsilə izləyicilərin böyük maraqla izlədikləri “Doğru danışaq”, “Bil­mək faydalıdır”, “Gəlin düşünək”, “Sö­zün düzü”, “Söz sizdən, meydan bizdən”, “Elin dili ilə”, “Elə yox, belə” kimi rubri­kalar təqdim olunur. Medianın dilində qey­də alınmış orfoqrafik, orfoepik, leksik və qrammatik norma pozuntuları konkret nü­munələr əsasında izah edilir, maarifləndiri­ci çarxlar nümayiş olunur. Burada mərkə­zin fəaliyyəti ilə yanaşı, ölkəmizin ictimai, siyasi, mədəni həyatında baş verən mühüm hadisələr də mütəmadi olaraq işıqlandırılır.

Xatırladım ki, fəaliyyətimizin yad­daqalan səhifələrindən biri də ötən il mə­dəniyyət paytaxtımız Şuşada keçirilmiş “1 Avqust Azərbaycan Əlifbası və Azər­baycan Dili Günüdür” adlı tədbir olub. Dövlət dilimiz haqqında məhz tac-şəhər­də danışmağın necə şərəfli və qürurveri­ci olduğunu gördük. Bizə orada bu kimi tədbirlərin keçirilməsini əlçatan edən, 44 günlük Vətən müharibəsinin qələbəsini Şuşa zəfəri ilə taclandıran Azərbaycan Pre­zidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Ordumuza dərin min­nətdarlıq duyğularımızı ifadə etdik.

Sonda onu deyim ki, müəyyən istifadə qüsurlarına baxmayaraq, dilimiz dinamik­dir və daim inkişaf etməkdədir.

– Maraqlı müsahibə üçün sağ olun! 

Əli NƏCƏFXANLI
XQ

Müsahibə