Qərbi Azərbaycanın maddi-mədəni abidələri barədə film

post-img

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsi çərçivəsində filmin çəkilişləri yekunlaşdırılıb. Film Qərbi Azərbaycanın maddi-mədəni abidələri ilə bağlıdır. 

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri və la­yihənin rəhbəri Cəsarət Hüseynzadə bil­dirib ki, film Səlim Karvansarası, Təpə­başı məscidi və Əmir Səəd türbəsi kimi tarixi abidələrdən bəhs edir. Bu abidələr Azərbaycan xalqının qədim tarixini və zəngin mədəni irsini əks etdirən dəyərli mənbələrdir. Onların məhv edilməsi milli kimliyin və mədəni irsin izlərini silmək cəhdidir. 

O qeyd edib ki, filmin çəkilişlərinə ta­nınmış tarixçi - araşdırmaçı alimlər cəlb olunub və çəkilişlər yekunlaşıb. Filmin xarici auditoriyaya çatdırılması üçün ingi­lis dilində subtitrlərdən istifadə ediləcək. Layihə çərçivəsində, eyni zamanda, Qərbi Azərbaycanın maddi-mədəni abidələri ilə bağlı elektron baza da yaradılır.

Mədəniyyət