Milli təhsilimizin tarixi səhifələri

post-img

“Tarixi təhsil ocağı: İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi” kitabı işıq üzü gördü.

Azərbaycan təhsilinin tarixində Qori Müəllimlər Seminariyası mühüm rol oynadığı kimi, İrəvan Azərbaycanlı Pe­daqoji Məktəbi də əvəzsiz işlər görmüş­dür. Qori Müəllimlər Seminariyasının fəaliyyəti haqqında xeyli tədqiqat və araşdırma aparılmış, bu məşhur təhsil ocağının gördüyü işlər nəinki təkcə təh­sil ictimaiyyətinə, həm də geniş oxucu kütləsinə çatdırılmışdır. Ancaq İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin ta­rixi, fəaliyyəti, Azərbaycan təhsilinin inkişafında oynadığı rol kifayət qədər araşdırılmadığından onun müstəsna fəa­liyyəti uzun illər diqqəti cəlb etməmişdir. Amma bu məktəb də öz dövrünün təhsil sahəsində flaqmanı olmaqla elə bir döv­rdə fəaliyyət göstərmişdir ki, pedaqoji kadrların hazırlanmasına böyük ehtiyac vardı. Bu ehtiyacın ödənilməsində İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi öz çiyin­ləri üzərinə məsuliyyətli, həm də gərəkli olan bir işi götürmüş və Azərbaycan təh­silinin inkişafında böyük xidmətləri ilə adını təhsil tariximizə yazdırmışdır. 

Tədqiqatçı alimlər Könül Həsənova və Cəlal Allahverdiyevin həmmüəllifli­yi ilə işıq üzü görən 372 səhifəlik “Ta­rixi təhsil ocağı: İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi” adlı monoqrafiya bu baxımdan daha çox diqqətəlayiqdir. Kitabda 1924-1948-ci illərdə İrəvanda fəaliyyət göstərmiş, milli məktəbləriniz üçün pedaqoji kadrların hazırlanması işində böyük rol oynamış pedaqoji mək­təbin yaranmasından, fəaliyyətindən, erməni şovinizmi əhatəsində üzləşdiyi problemlərdən, eləcə də görkəmli mə­zunlarından bəhs olunur. İrəvan Azər­baycanlı Pedaqoji Məktəbinin 100 illik yubileyinı böyük ehtiram nümunəsi olan kitab təhsil tariximizin yeni səhifələrin­dən olmaqla, həm də bu sahə ilə maraqla­nanlar, pedaqoqlar və geniş oxucu kütləsi üçün dəyərli nümunədir.

Son xəbərlər