Warner Bros. şirkəti "Üzüklərin hökmdarı" adlı iki film hazırlayır

post-img

Şirkət Orta Yerdə baş verən iki layihəni təqdim edəcək. Birincisi, “Qollum ovu” filmidir. Layihənin rejissoru orijinal trilogiyada Qollum obrazı ilə tanınan britaniyalı aktyor və rejissor Endi Serkisdir. Filmin premyerası 2027-ci ilin dekabr ayına planlaşdırılıb.

İkinci layihə isə işçi adı “Keçmişin kölgələri” olan filmdir. Layihə “Üzüklərin hökmdarı” trilogiyasının rejissoru, Yeni Zelandiyalı Peter Ceksonun bu dəfə prodüser qismində iştirakı ilə hazırlanır.

“Keçmişin kölgələri” filminin hadisələri orijinal trilogiyadan 14 il sonra cərəyan edəcək. Hobbit dostları - Sem, Merri və Pippin keçmiş macəralarının izləri ilə səyahətə çıxacaqlar. Semin qızı Eleanor isə “Üzük müharibəsi” başlamazdan əvvəl atasının az qala itirdiyi bir sirrin üstünü açacaq.

Ssenari “The Late Show” verilişinin aparıcısı Stiven Kolbert, oğlu Piter Makqi və Ceksonun hər iki trilogiyasında çalışmış, Oskar mükafatlı Yeni Zelandiyalı ssenarist Filippa Boyens tərəfindən yazılır. Uzun illərdir Tolkien fanatı olan Kolbert bildirib ki, ideya “Üzük qardaşlığı” kitabının filmlərə daxil edilməyən altı fəslindən ilhamlanıb.

S.ELAY

XQ

Mədəniyyət