"Avroviziya 2025" mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub

post-img

"Avroviziya 2025" beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub.

Bu il keçiriləcək müsabiqənin şərhçiləri musiqi prodüseri, musiqiçi və pedaqoq Elnarə Xəlilova, həmçinin televiziya və radio aparıcısı Ağa Nadirov olacaq.

Bu il ölkəmizi İsveçrənin Bazel şəhərində “Mamagama” qrupu təmsil edəcək. Bazeldə keçiriləcək 69-cu “Avroviziya” mahnı müsabiqəsi mayın 13-dən 17-nə qədər davam edəcək. “Mamagama” mayın 13-də birinci yarımfinal mərhələsinin ikinci hissəsində 10 nömrə altında çıxış edəcək. Müsabiqə İctimai Televiziyada birbaşa yayımlanacaq.

Mədəniyyət