Respublika Gənclər Kitabxanasında şair, yazıçı, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım Aydının nəzm və nəsr nümunələrindən ibarət “İkimiz” və “Çamadan” kitablarının təqdimatı olub.
Mərasimdə çıxış edən kitabxananın direktoru Aslan Cəfərov müəllifin əsərlərində insani keyfiyyətlər və səmimi duyğuların əks olunduğunu qeyd edib.
Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev müəllifin geniş və çoxşaxəli yaradıcılığı haqqında danışaraq, onun dərin məzmunlu əsərlərini Azərbaycan dilinə tərcümə etdiyini diqqətə çatdırıb.
“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs isə müəllif ilə ilk tanışlığından söz açaraq, şairin şeirlərinin bitkin nəzm nümunələri olduğunu deyib.
Azərbaycan Prezidentinin İşlər İdarəsinin siyasi sənədlər arxivinin şöbə müdiri Lamiyə Həsənova, Respublika “Xatirə Kitabı” Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, "Azərbaycan" jurnalının baş redaktor müavini Südabə Ağabalayeva, Əməkdar jurnalist Zemfira Məhərrəmli, yazıçı Yunus Oğuz, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Lilpar və başqaları Xanım Aydının uğurlu fəaliyyəti barədə fikirlərini bölüşüblər.