Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Hörmüz boğazından keçən gəmilərin sayı son bir həftə ərzində dörd dəfə artıb. Bu barədə “Financial Times” qəzetinə istinadən “İnterfaks.ru” məlumat verib.
Bildirilir ki, gəmiçilik fəaliyyətinin artması “gəmi sahiblərinin artıq boğazda təhlükəsiz şəkildə hərəkət edə biləcəklərinə inandıqlarını göstərir”.
Lakin rəqəmlər İran münaqişəsinin başlamasından əvvəlki dövrdən xeyli aşağı olaraq qalır.
İyunun 17-də ABŞ və İran 14 maddəlik anlaşma memorandumu imzalayıblar. Memorandumun beşinci bəndinə əsasən, İran Hörmüz boğazından 60 gün ərzində təhlükəsiz və sərbəst keçidi təmin etmək üçün tədbirlər görməli və bu müddət ərzində tərəflər danışıqları davam etdirməlidirlər. Həmçinin, İranın boğazın gələcəyi ilə bağlı Omanla danışıqlar aparacağı bildirilirdi.
P.ƏMİRCANOV
XQ

