Geokosmos sistemindən istifadə edərək Saxalin və Kuril adaları arasında 430 km məsafə qət edən dron

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Pilotsuz uçuş aparatı (PUA) Geokosmos naviqasiya və rabitə sistemindən istifadə edərək Saxalin və Kuril adaları arasında 430 km məsafə qət edib. Saxalin vilayətinin qubernatoru Valeri Limarenko bunu iyulun 3-də Saxalin qanadları pilotsuz uçuş aparatları forumunun plenar iclasında açıqlayıb.

“Foruma hazırlıq çərçivəsində ilk dəfə olaraq Saxalin və Kuril adaları arasında rabitəni uğurla sınaqdan keçirdik. Bizim pilotsuz təyyarəmiz adalar arasında təxminən 430 km məsafə qət edərək uçuşu başa çatdırdı”, - deyə o bildirib.

Regional qubernator qabaqcıl PUA və rabitə sistemləri istehsalçısı Zala ilə vahid Uzaq Şərq aviaşirkəti olan Aurora arasında ittifaqın yaradıldığını elan edib. Tərəfdaşlıq vahid idarəetmə sisteminin tətbiqinə və potensial olaraq yalnız pilotsuz təyyarələrdə deyil, həm də pilotlu təyyarələrdə istifadə edilə bilən Geokosmos naviqasiya sisteminin yerləşdirilməsinə imkan verəcək.

M.MİRZƏ
XQ

Dünya