Moldovanın baş naziri istefa verib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Moldovanın Baş naziri Aleksandru Muntyanu istefa verdiyini açıqlayıb. O, Facebook-da verdiyi açıqlamada işini “prinsiplərimə və əqidələrimə uyğun olaraq” davam etdirməyin mümkün olmadığını bildirib.

Məlumatı “Kommersant” yayıb. 

Muntyanu qeyd edib: “Bu gün baş nazir vəzifəmi başa vururam. Baş nazir olmaq təklifini böyük məsuliyyətlə və müsbət dəyişikliklərə səbəb ola biləcəyimə dair qəti əminliklə qəbul etmişdim”.

Siyasətçi harada yaşamasından və işləməsindən asılı olmayaraq, ölkənin rifahı naminə çalışmağa davam edəcəyini vurğulayıb. O, 2025-ci ilin oktyabrında baş nazir vəzifəsinə təsdiq edilib.

P.ƏMİRCANOV
XQ

Dünya