Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan və Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ABŞ ilə İran arasında danışıqlar prosesinin regional münaqişələrin sülh yolu ilə və hərtərəfli həllinə gətirib çıxaracağına ümid etdiklərini bildiriblər.
Məlumatı “Anadolu” verib.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bildirib ki, Feysəl bin Fərhan Pakistanlı həmkarı İshaq Dar ilə telefon danışığı aparıb.
Söhbət zamanı tərəflər ABŞ və İran arasında danışıqlar prosesindəki son tərəqqini, xüsusən də 30 iyunda Qətərin paytaxtı Dohada keçirilən son məsləhətləşmələr mərhələsinin nəticələrini ətraflı müzakirə ediblər.
Hər iki nazir Dohada əldə edilən müsbət irəliləyişi alqışlayıb və davam edən dialoqun Yaxın Şərqdə qeyri-sabitliyə son qoyacaq dinc, davamlı və hərtərəfli bir həll yolu üçün əsas yaradacağına ümid etdiklərini bildiriblər.
P.ƏMİRCANOV
XQ

